Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


KREDITIN SAHIBKARLIQ FƏALIYYƏTININ FORMALAġDIRILMASINDA



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə67/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

3. KREDITIN SAHIBKARLIQ FƏALIYYƏTININ FORMALAġDIRILMASINDA 
 
Öz sahibkarlıq fəaliyyətinizi qurmaq və ya genişləndirmək üçün maliyyə probleminiz varsa 
sahibkarlıq kreditləri elə məhz sizin üçündür. Bu kreditlər Sahibkarlığa Kömək Milli Fondu 
tərəfindən maliyyələşir və müvəkkil kredit təşkilatları vasitəsilə verilir. Üstün cəhətləri isə 
bankların verdikləri biznes kreditlərindən 3-4 dəfə daha aşağı faizlə olması və güzəşt 
müddətinin daha uzun olmasıdır. 
Kredit verilməsi 
Müvəkkil kredit təşkilatları
 (bank, bokt və kredit ittifaqları) Fond tərəfindən ayrılmış limitə 
əsasən maliyyə vəsaiti alır və kredit verirlər. Sahibkarlıq subyekti müvəkil kredit təşkilatına 
müraciət etdikdən sonra, kredit təşkilatı da öz növbəsində 10 bank günündən gec olmayaraq öz 
biznes maraqları və Fondun müəyyən etdiyi 
minimal tələblərə 
əsaslanaraq investisiya 
layihələrini təhlil edir. Mənfi qiymətləndirilmiş layihələr 3 bank günü müddətində 
əsaslandırılmış imtina məktubu ilə sahibkarlıq subyektlərinə təqdim olunur. Müsbət 
qiymətləndirilmiş layihələr isə Fonda təqdim olunur. Fond 10 bank günü müddətində layihələri 
ekspertizadan keçirir və monitorinq edir. Daha sonra müraciətin təmin olunması və imtinası 
barədə müvəkkil kredit təşkilatına məlumat verir. Müraciətin təmin olunması halında sahibkarlıq 
subyekti ilə kredit təşkilatı arasında müqavilə bağlanır və bu barədə Fonda sifariş göndərilir. 3 
bank günündə Fond vəsaiti müvəkkil kredit təşkilatına, kredit təşkilatı isə 2 bank günü ərzində 
sahibkarlıq subyektinin hesabına köçürür və Fonda məlumat verir. 
Kreditin hədləri 
1. 5000 azn – 50 000 azn kiçik həcmli kreditlər 


2. 50 001 azn – 500 000 azn orta həcmli kreditlər 
3. 500 001 azn – 10 000 000 azn böyük həcmli kreditlər 
Kreditin müddəti və faizləri  
1. kiçik həcmli kreditlər – 3 ilədək 
2. orta həcmli kreditlər – 5 ilədək 
3. böyük həcmli kreditlər – 10 ildək müddətə kimi verilir. Sahibkarlıq kreditlərinin 
faizi 6% ( kütləvi informasiya vasitələrinin inkşafı üçün 4%)-dən çox 
olmamalıdır. 
GüzəĢt müddəti 
Güzəşt müddəti sahibkarlıq subyektinin fəaliyyətinin xarakterindən asılıdır və 
kreditin istifadə müddətinin 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində 
ancaq faiz məbləği ödənilir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin