Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə65/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

3. Ġstehlak krediti – kreditin bu formasını ixtisaslaşdırılmış kredit təşkilatları ilə yanaşı, 
əmtəələrin satışı ilə məşğul olan hər hansı bir hüquqi şəxs də verə bilər. Bu kredit bahalı müalicə 
aparılarkən, təhsil haqqı ödənilərkən və s. kimi hallarda bank sudası kimi pul şəklində və ödəniş 
müddəti uzadılmaqla isə əmtəə şəklində fiziki şəxslərə verilə bilər. 
4. Kommersiya krediti – onun başlıca məqsədi məhsul satışı prosesini sürətləndirmək və əlavə 
mənfəət əldə etməkdir. Onun icra vasitəsi borc alanın borc verən qarşısındakı öhdəliyi əks 
etdirən vekseldir. 
Vekselin 2 növü var: 
– borc alan tərəfindən müəyyən olunmuş məbləğin borc verənə ödəmək barədə öhdəliyi əks 
etdirən sadə veksel; 
– borc alan tərəfindən müəyyən məbləğin 3-cü şəxsə ödəmək barədə borc verənə yazılı əmrini 
əks etdirən köçürmə vekseli (tratta); 
Kommersiya kreditinin 3 növü var: 
I. Müəyyən olunmuş məbləği müəyyən olunmuş müddətdə qaytarımasını əks etdirən kredit 
II. Borc alanın girov qoyduğu malların yalnız faktiki satışından sonra qaytarılan kredit 
III. Açıq hesab üzrə kreditləşmə-bu halda malların növbəti dəstinin göndərilməsi əvvəlki təxhizat 
üzrə olan borcların ödənilməsi anına kimi həyata keçirilir. 
5. Beynəlxalq kredit – ona beynəlxalq səviyyədə fəaliyyət göstərən kredit münasibətlərinin 
məcmusu kimi baxılır. Bu münasibətlərin iştirakçıları Beynəlxalq Maliyyə-Kredit İnstitutları, 
müvafiq ölkələrin hökumətləri və hüquqi şəxslər hesab olunur. Beynəlxalq kredit bir neçə baza 
əlamətinə görə fərqləndirilir: 
– xarici ticarət sistemindəki yerinə görə – idxalın və ixracın kreditləşdirilməsi; 
– xarakterinə görə – dövlətlərarası və özəl; 
Xüsusi sığorta və dövlət zəmanəti ilə iqtisadi və hüquqi cəhətdən əlavə mühafizə olunmaq 
kreditin bu formasını digərlərindən fərqləndirir. Kommersiya bankları öz müştərilərinə bir neçə 
növdə kredit verir. Bu kreditlər bir sıra əlamətlərə görə fərqlənir: 
a) borc alanların qruplarına görə – əhaliyə, təsərrüfat subyektlərinə və dövlət-hakimiyyət 
orqanlarına; 
b) təyinatına görə – sənaye, tikinti, kənd təsərrüfatı, ticarət və s. 
Bütün sahələrin təsərrüfat subyektlərinə 2 növdə kredit verilir: 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin