Kommersiya bankları
Azərbaycanda ən çox yayılmış bank növü - bizim bildiyimiz
depozitləri qəbul edən və
kredit verən banklara kommersiya bankları deyilir.
Başa düşdüyünüz kimi, depozit almaq və kredit vermək - kommersiya bankçılığının əsas
funksiyasıdır. Kommersiya bankı adlanmaq üçün bir təşkilatın təkcə depozit almaq və
kredit vermək hüququna malik olması kifayətdir. Lakin banklar yarandığı
vaxtdan bu
günə təkamül edərək bir çox digər yan xidmətləri də təklif etməyə başlamışdır. Bu yan
xidmətlərə cari hesabların açılması,
pul köçürmələri, valyuta mübadiləsi və s. kimi
xidmətlər daxildir.
Ġnvestisiya bankları
İnvestisiya bankları şirkətlərə, təşkilatlara və hətta dövlətlərə bazara qiymətli kağız
(istiqraz, səhm və s.) çıxardaraq pul əldə etməkdə köməklik göstərir.
Məsələn:
Bir şirkət, pula ehtiyacı varsa, bankdan kredit götürməkdən savayı
digər yollara əl ata
bilər. Bu məqsədlə şirkət, məsələn, maliyyə bazarına istiqraz çıxara bilər. Buna
alternativ olaraq, şirkət maliyyə bazarına həmçinin səhm çıxardıb
özünün bir hissəsini
sataraq pul əldə edə bilər.
Hər iki halda şirkət bütün işi investisiya bankına həvalə edir. İnvestisiya bankı şirkətin
qiymətləndirməsini həyata keçirir, bütün administrativ işləri görür və qiymətli kağızların
maliyyə bazarında satılmasında köməklik göstərir.
İnvestisiya bankların digər əsas funksiyası isə bir şirkətə digər şirkəti satın a lmağı
üçün lazım olan bütün işlərin görülməsidir.
İnvestisiya bankları depozit qəbul etmirlər və kredit vermirlər.
İnvestisiya bankları da tarix boyunca bir çox yan xidmət təklif etməyə başlamışdır.
Bunlara pulların yatırılması üzrə konsultasiya xidmətləri, bilavasitə maliyyə fondların və
özəl hesabların idarə edilməsi və s. xidmətlər daxildir.
Mərkəzi banklar
Bir ölkənin yalnız bir mərkəzi bankı olur. ABŞ-dakı
mərkəzi bank Federal Rezerv
adlanır, Almaniyanın mərkəzi bankı Bundesbank və s.
Mərkəzi bankın əsas funksiyası - ölkə iqtisadiyyatındakı faiz dərəcələrinin
tənzimlənməsi, bank əmanətçilərinin maraqlarının qorunması, bankların dürüst fəaliyyət
göstərməsi, ölkədəki inflyasiyanın sabit saxlanmasıdır.
Dostları ilə paylaş: