Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


Layihələrin qiymətləndirmə meyarları



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə68/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Layihələrin qiymətləndirmə meyarları 
Qiymətləndirmə üzrə keçid balı 60-dır. 
Mənbə: Sahibkarlığa Kömək Milli Fondu 
Mövzu№ 9.Sahibkarlıq fəaliyyətində tərəfdaşlıq mexanizmi. 
Plan: 
4. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində tərəfdaşlığın əhəmiyyəti. 
5. Tərafdaşlıq əlaqələrinin əsas istiqamətləri. 
6. İstehsal, əmtəə mübadiləsi, ticarət və maliyyə münasibətləri sferasında əməkdaşlığın 
formaları. 
1. SAHIBKARLIQ FƏALIYYƏTININ HƏYATA KEÇIRILMƏSINDƏ 
TƏRƏFDAġLIĞIN ƏHƏMIYYƏTI. 2. TƏRAFDAġLIQ ƏLAQƏLƏRININ 
ƏSAS ISTIQAMƏTLƏRI. 3.ĠSTEHSAL, ƏMTƏƏ MÜBADILƏSI, TICARƏT 
VƏ MALIYYƏ MÜNASIBƏTLƏRI SFERASINDA ƏMƏKDAġLIĞIN 
FORMALARI. 
Hər hansı layihəni həyata keçirərkən sahibkara onun reallaşması üzrə konkret hərəkət 
sxemini təqdim etmək lazım gəlir ki, burada tərəfdaşlarla qarşılıqlı münasibətlərə əhəmiyyətli 


yer ayrılır. Layihənin reallaşdırılması üzrə sahibkarlıq hərəkətinin sxemi – sahibkarın 
hərəkətinin, onun bazarla (marketinq), müəssisədə işləyən kollektivlə (menecment), tərəfdaşlarla 
qarşılıqlı münasibətlərinin dəqiqləşdirilmiş planıdır. Bu sxemi ümumi şəkildə aşağıdakı kimi 
təsvir etmək olar
Sahibkarlıq hərəkətinin ümumi sxemi Tərəfdaşlar dedikdə sahibkara istehsal prosesinin 
normal təşkili üçün lazımi mal göndərənlər, həmçinin onun müəssisəsində istehsal olunan 
məhsulun istehlakçısı başa düşülür. Tərəfdaşlıq əlaqələri – bir neçə sahibkarlar arasında qurulan 
elə müqavilə münasibətləridir ki, onlardan hər birinə fəaliyyət nəticələrinin əmtəə və pul 
formasında mübadilə edilməsi yolu ilə istədiyi səviyyədə mənfəət almağa imkan verir. Hər bir 
sahibkar tərəfdaşlıq əlaqələrinin daha effektiv formada qurulmasında maraqlıdır, hansıki yalnız 
müxtəlif variantların müqayisəli təhlili yolu ilə müəyyənləşdirmək mümkündür. Sahibkarlıq 
hərəkəti sxemi hər bir tərəfdaşla qarşılıqlı münasibətin ən effektiv formasını seçməyə imkan 
verir. Tərəşdaş Sahibkar Bazar İşləyən kollektiv, yaxud istehsal prosesi 7 Sahibkarlıq hərəkəti 
sxeminin başlıca təşkilediciləri – biznes məqsədinə nail olmağın iqtisadi-hüquqi formasıdır. Belə 
forma dedikdə sazişin konkret növü başa düşülür, hansıki tərəfdaş üçün qəbul edilən və 
sahibkarın məqsədinə cavab verən ola bilər. Saziş – mənfəət almaq üçün qiymətli şeylərin 
tərəfdaşlar arasında kommersiya mübadiləsidir, yaxud kommersiya gəliri əldə etmək üçün 
onların səylərinin birləşdirilməsidir. Birtərəfli saziş və iki və daha çox şəxslərin iştirakını 
nəzərdə tutan qarşılıqlı saziş fərqlənirlər. Sahibkarlar arasında bağlanmış və əsasında 
kommersiya marağı duran istənilən müqavilə saziş adlanır. Sazişi sadəcə ötürməkdən 
(hədiyyədən) fərqləndirmək lazımdır. Əgər tərəfdaşa hər hansı əmtəə verib əvəzində pul, yaxud 
başqa əmtəə alırsansa bu saziş hesab edilir. Əgər siz ona əmtəə verib əvəzində heç nə 
almırsınızsa, bu sadəcə bəxşiş, hədiyyə sayılır. Əgər siz tərəfdaşla razılaşırsınız ki, yarımfabrikat 
istehsal edəcəksiniz, o isə istehlak üçün ondan hazır məhsul buraxacaq, onda bu saziş adlanır. 
Əgər siz başqa tərəfdaşla kooperasiyada razılaşırsınız ki, həmin şəraitdə əmtəə istehsal 
edəcəksiniz, ancaq onu satmayacaqsınız, uşaq bağçasına pulsuz verəcəksiniz, onda bu sadəcə 
hədiyyədir. 1 – kredit götürmək üçün müraciət; 2 – lazımi avadanlıqların alınması; 3 – lazımi 
xammalın alınması; 4 – mütəxəssislərin axtarılması və işə götürülməsi; 5 – hazır məhsulun 
göndərilməsi. Şəkil 2. Biznes-plan hazırlayarkən sahibkarlıq hərəkəti sxemi Sazişlər gəlirli və 
gəlirsiz, çox gəlirli və az gəlirli ola bilərlər. Eyni bir əmtəə ilə saziş müxtəlif fayda verə bilər. 
Sazişin kommersiya nəticəsi onun hazırlanması Bank Tərəfdaş 1 Tərəfdaş 2 Müəssisə Sahibkar 
Əmək bazarı Tərəfdaş 3 1 2 3 5 4 8 və həyata keçirilməsi prosesində hansı şərt qoyulmasından, 
yəni sahibkarlıq məqsədinin hansı iqtisadi-hüquqi formaya malik olmasından və bu məqsədə nail 
olmaq üçün vəsaitin həcmindən asılıdır. Bununla əlaqədar olaraq tərəfdaşlıq əlaqələrinin 
formaları haqqında danışmaq lazımdır. Hər bir sahibkar özünün praktiki fəaliyyətində 
əməkdaşlığın konkret formasını təklif etməli, yaxud tərəfdaşın seçdiyi əməkdaşlıq formasına 
cavab verməlidir. Bundan ötrü biznesdə tərəfdaşlıq əlaqələrinin bütün formaları barədə 
sahibkarın tam təəssuratı olmalıdır. Xarici tərəfdaşların nöqteyi-nəzərincə bizim sahibkarlıq 
kifayət qədər primitiv şəkildə həyata keçirilir. Birincisi, biz həmişə bazardan ucuz qiymətlə daha 
çox əmtəə almağa cəhd edirik. Dünyada ümumən qəbul olunmuş nöqteyi-nəzərcə belə hərəkət 
ağılsızlıq adlandırılır. Adətən sahibkar dünya bazarına yüksək keyfiyyətli əmtəə almaq üçün 
çıxır, həmin əmtəənin qiyməti isə baha olur. İkincisi, xarici sahibkar təəcüblənir ki, bizim ona 
təklifimiz nəyisə almaq və ya satmaq, yaxud müştərək müəssisə yaratmaq olur. Əlbəttə, peşəkar, 
ağıllı sahibkar bu cür primitiv fəaliyyətlə kifayətlənə bilməz. Tərəfdaşlıq əlaqələrinin formalarını 
sahibkarlıq fəaliyyətinin dörd mühüm sahəsi üzrə qruplaşdırmaq olar: istehsal sahəsində 


tərəfdaşlıq; əmtəə mübadiləsi sahəsində tərəfdaşlıq; ticarətdə tərəfdaşlıq; maliyyə sahəsində 
tərəfdaşlıq. Tərəfdaşlıq əlaqələrinin yaradılması mexanizminin əsas elementi sahibkarlıq 
sazişidir. Sahibkarlıq sazişi dedikdə, iqtisadi xarakterli məqsədlərə nail olmaq üçün iki və daha 
çox sahibkarın öz səylərini birləşdirməsi və ya fəaliyyət nəticələrinin mübadiləsi üzrə 
razılaşmaları nəzərdə tutulur. Saziş o vaxt baş tutmuş olur ki, sazişi bağlayan tərəflərin üzərinə 
müəyyən hüquqlar və öhdəliklər qoyulur. Saziş imzalanan andan hüquqi qüvvəyə malik olur. 
Yazılı formada tərtib olunmuş saziş müqavilə adlanır. Müqavilənin məzmunu və forması 
əməkdaşlığın konkret istiqamətindən bilavasitə asılıdır. Bütövlükdə aşağıdakı məntiqi ardıcıllığa 
riayət olunur: sahibkar əvvəlcə mümkün tərəfdaşla əməkdaşlıq sferasını müəyyənləşdirir, sonra 9 
əməkdaşlığın konkret formasını seçir, yalnız bundan sonra müqavilə bağlamaq təklifi ilə çıxış 
edir. Tərəfdaşların qiymətləndirilməsi və seçilməsi prosesi – potensial xarici tərəfdaş haqqında 
informasiyanın toplanılması, sistemləşdirilməsi və dərindən təhlil edilməsi – müştərək 
sahibkarlığın ən məsuliyyətli mərhələsi sayılır. Hazırkı vaxtda iqtisadi informasiyaların 
toplanması, əldə edilməsi mənbələri çoxdur. Qərb dövlətlərində informasiyaların toplanması və 
öyrənilməsi ilə məşğul olan informasiya, marketinq və konsaltinq firmalarının geniş yayılmış 
şəbəkəsi mövcuddur. İnformasiyaların əldə edilməsinin ən yaxşı mənbələri rəsmi statistik 
məlumatların dərc olunması, kütləvi informasiya vasitələri, internet hesab edilir. Hal-hazırda 
dünyada iqtisadiyyat üzrə informasiyaların 2000-ə qədər iri bazası vardır, hansıki böyük 
hissəsini internet vasitəsilə əldə etmək mümkündür. Tərəfdaşları düzgün seçmək məqsədilə 
potensial tərəfdaş-firmaların maliyyətəsərrüfat fəaliyyətinin təhlili aşağıdakı ardıcıllıqla aparılır: 
1. Potensial rəqibləri nəzərə almaqla bazarda fəaliyyət göstərən firmaların siyahısının tərtib 
edilməsi. 2. Firmaların maliyyə-təsərrüfat fəaliyyətini xarakterizə edən əsas göstəricilərin (son 3-
5 ildə məhsul istehsalın həcmi, satış üzrə dövriyyə, istehsal gücləri və onlardan istifadə 
səviyyəsi, işçilərin sayı, elmi-tədqiqat və konstruktor işlərinə kapital qoyuluşunun və məsrəflərin 
həcmi, mənfəət və s.) kompleks təhlili. 3. Bazarların, xüsusilə beynəlxalq bazarların tutulması 
strategiyasının kompleks təhlili. 4. Əsas rəqiblərin və potensial tərəfdaşların fəaliyyətinin güclü 
və zəif tərəflərinin aşkara çıxarılması, onların müxtəlif sazişlərdə, o cümlədən firmalararası 
əməkdaşlıqda iştirak səviyyəsinin öyrənilməsi. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin