Mülkiyyət və təşkilat-hüquqi formalarından asılı olmayaraq sahibkarın hüquqları dövlət
tərəfindən müdafiə olunur. Bu hüquqları pozan dövlət orqanlarının və ya digər orqanların, yaxud
onların
vəzifəli şəxslərinin, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş
vəzifələrin həmin orqanlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi
nəticəsində
sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki
qanunvericilikdə nəzərdə tutulmuş t|aydada həmin orqanlar və vəzifəli şəxslər ödəyirlər.
Sahibkarın əmlakı qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacları üçün alınarsa, ona müvafiq
kompensasiya verilir. Sahibkarlıq fəaliyyəti dövlət tərəfindən müdafiə olunmaqla yanaşı,
sahibkar qanunvericiliyin
tələblərinə əməl elmədiyi, öz öhdəliklərini icra etmədiyi hallarda
qanunvericiliyə uy- ğım olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır.
İqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyətinin çox müxtəlif növləri araşdırılır. Bu
müxtəlifliyin bir-biri ilə qarışdıniması üçün istər elmi- nəzəri və istərsə də praktik baxımdan
sahibkarlıq fəaliyyəti müxtəlif əlamətlər üzrə təsnifləşdirilir.
Dostları ilə paylaş: