ġərikli birliklərin iĢtirakçıları iki qrupa bölünür: tam şərikli (qeyri-məhdud səlahiyyətli)
birliklər və kommandit şərikli birliklər (məhdud səlahiyyətli). Kommandit şərikli birliklərdə
iştirakçıların bir hissəsi qeyri-məhdud, digər hissəsi isə məhdud səlahiyyətli ola bilər. Cəmiyyət
təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə hüquqi şəxs olmaqla ikidən çox vətəndaşın
qarşılıqlı razılaşma əsasında öz əmanətlərinin birləşdirməsi (natural və dəyər ifadəsində) yolu ilə
yaradılır. Cəmiyyət üzvlərinin məhdud məsuliyyəti müəyyən öhdəliklərin yerinə yetirilməsinə
imkan vermir. Onlar yalnız qoyulmuş əmanətlərin dəyəri çərçivəsində məsuliyyət daşıyırlar.
Cəmiyyətlərin ən geniş yayılmış növlərindən biri kimi səhmdar cəmiyyətləri fərqləndirilir. Başqa
təşkilat-hüquqi formalardan fərqli olaraq səhmdar cəmiyyətləri qiymətli kağızlar buraxmaq yolu
ilə zəruri vəsaitlər cəlb etmək hüququna malikdir. Odur ki, səhmdar cəmiy
Sahibkarlıq fəaliyyətinin iştirakçılan qoyduqları səhmlərin dəyəri çərçivəsində onun
fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Birgə istehsal və təsərrüfat fəaliyyəti üçün
bir qrup şəxslərin yaratdığı müəssisə kooperativ adlanır. Kooperativin üzvləri onun fəaliyyətində
şəxsi əməyi və həmçinin üzvlük haqları ilə iştirak edirlər.
Sahibkarlığın əsas təĢkilat-iqtisadi formalanna konsernlər, assosiasiyalar, konsorsiumlar, sindikatlar, kartellər, maliyyə-sənaye qruplan aiddir. Konsernlər - çoxsahəli səhmdar cəmiyyətləri olub müəssisəyə iştirak sistemi vasitəsilə
nəzarət edirlər. Konsernlər müxtəlif şirkətlərdən səhm nəzarət paketini əldə edirlər və həmin
şirkətlər isə konsernə daxil olurlar. Öz növbəsində konsernə daxil olan şirkətlər də digər səhmdar
şirkətlərinin nəzarət səhm paketini əldə etmiş olur.
Assosiasiyalar - iqtisadi cəhətdən müstəqil müəssisələrin könüllü birliyidir. Assosiasiyalann
tərkibinə eyni istiqamətdə ixtisasla^ritış və müəyyən ərazidə yerləşən müəssisə və təşkilatlar
daxil olur. Assosiasiyaların yaradılmasında əsas məqsəd elmi-texniki, istehsal, iqtisadi, sosial və
digər məsələlərin həllində birgə fəaliyyət göstərməkdən ibarətdir.
Konsersium - birgə iri maliyyə əməliyyatlarını həyata keçirmək məqsədilə sahibkarların
birliyidir (məsələn, iri sənaye sahələrinə külli miqdarda investisiyaların yönəldilməsi və s.).
Sahibkarların bu cür birliyi iri layihələrə maliyyə vəsaitləri yönəltməyə imkan verir. Elmi-texniki
inqilab şəraitində elmi nailiyyətləri birgə tətbiq etmək məqsədilə konsersiumlar yeni sahələrdə
yaradılır.