46
IV FƏSİL
Enerji və maddələr mübadiləsinin
yaş xüsusiyyətləri
Bütün canlı orqanizmlərdə maddələr və enerji mübadiləsi
baş verir. Orqanizmi təşkil edən hüceyrələr, orqan və
sistemlərlə daima mürəkkəb proseslər nəticəsində davam edir.
Bu zaman mürəkkəb quruluşlu birləşmələr parçalanaraq, sadə
molekullara çevrilir.
Bu prosesdə hidroliz, oksidləşmə və
reduksiya reaksiyaları gedir. Fəaliyyətdə olan orqanların
müxtəlif hüceyrələrinin bir qrupu ölür, yeniləri isə yaranır.
Beləliklə, orqanizmdə daima yeniləşmə gedir.
Yetkin
insanlarda, yalnız dəri örtüyündəki hüceyrələrin 1/20 ölür və
yeniləri ilə əvəz olunur. Həzm sisteminin müxtəlif
şöbələrində epitel hüceyrələrin yarısı yenilənir. Qanın
tərkibində isə hər gün 25 q yeni qan hüceyrələri yaranır.
Orqanizmin boy və inkişafı, daxil olmuş oksigen və qida
maddələrinə görə təmin olunur. Qida maddələri plastik
mübadilə, yəni tikinti materialıdır,
onlar orqanizmin
qurulmasını təşkil edirlər. Ürək, mədə-bağırsaq, tənəffüs,
böyrək və s. orqanların fəaliyyətini daima təmin etmək üçün,
qida və enerji tələb olunur orqanizmdə enerji yalnız maddələr
mübadiləsi zamanı, oksigenin iştrakı ilə yaranır. Qida
məhsulları həm plastik,
həm də enerji mübadiləsinin
təməlidir.
Məktəblilərin maddələr və eneji mübadiləsinin
xüsusiyyətləri. Uşaq orqanizminin müxtəlif dövrlərində
maddələr mübadiləsinin gedişatı
müəyyən xüsusiyyətlərlə
xarakterizə edilir. Əllbətdə bədən kütləsinin artması üçün
inkişaf edən orqanizmin zülalı maddələrə olan ehtiyacı daha
47
böyükdür məsələn körpə doğulduqdan sonra bir il müddətində
onun bədən kütləsinin hər kq 5-5.5 qram, 1-3 yaşında 4 qram
4-7 yaşında 3.5-4qram, 8-12 yaşında 3 qram 12 yaşından
sonrakı dövrdə isə 2 qram zülal tələb olunur. Deməəli kiçik
yaşlı uşaqlar çəki hesabına daha çox zülalı maddə istifadə
etməlidir digər tərəfdən qida ilə daxil olan zülalın (azotun)
daha çox hissəsi orqanizmdə saxlanılmalıdır.
Orqanizmdə
azotunmaksimal dərəcədə saxlanılması prosesinə azotun
retensiyası deyilir.
Uşaq böyüdükcə qidanın tərkibində heyvani zülalın
miqdarı tədricən azalmalıdır. Yaşlı insanın orqanizmində qida
azotunun saxlanılması qabiliyyəti yox dərəcəsinə düşür. Bu
axt orqanizimində mənfi azot balansı nəzərə çarpır. Sulu
karbonların mübadiləsi uşaq orqanizimində yaşlılara nisbətən
daha böyük sürətlə keçir. Uşaqlarda orqanizmin oksigenlə
təmin olunması nisbətən zəifdir.
Dostları ilə paylaş: