52
Su və mineral duzlar orqanizmin daxili mühitini təmin
edir, osmotik təzyiqin yaranmasında və qanın axmasında,
qandakı qazların xaricə çıxarılmasında iştrak edirlər.
Böyüklərin bədən kütləsinin 65-75%, uşaqların isə 80%-ni su
təşkil edir. Bundan başqa, müxtəlif orqanlarda suyun miqdarı
dəyişir. Orqanizmdə suyun çatışmaması və ya itirilməsi, ağır
xəstəliklərə səbəb olur.
Normal halda insanlar gün ərzində 1.05-2.05
l su qəbul
etməlidir. Buraya içilən su 1
l, qidaların tərkibində isə 0,5-1
l
nəzərdə tutulur. Orqanizmdən suyu böyrəklər çıxarır. Hər gün
sidiklə bərabər 1,5- 2
l su xaricə ifraz edilir.
Uşaqların suya olan tələbatı müxtəlif yaşlarda dəyişir.
Körpələr gün ərzində 150-200 ml: 1 yaşda – 800 ml, 4 yaşda
– 950-1000 ml, 7-10 yaşda – 1350 ml, 14 yaşda – 1500 ml su
içməlidirlər. Mineral duzlar yaşdan asılı olaraq – 100 mq,
200-250, məktəb yaşında – 500-600 mq, 17-18 yaşda – 1-2 q
duz qəbul etməlidirlər.
Orqanizmin inkişafında vitaminlərin rolu böyükdür,
vitamin çatışmadıqda – avitaminoz, çox olduqda –
hipervitaminoz yaranır. Vitaminlər qida ilə bərabər orqanizmə
daxil olur. Onlar iki qrupa ayrılır: 1) suda həll olanlar – B
qrupu, C və P; 2) yağda həll olanlar -A: Al, A2, D, E, K və s.
Suda həll olan vitaminlərdən B qrupuna aid olan B1
(tiamin), V2 (riboflavin), P (nikotinamid), B6 və B12
(sianokobalmin) uşaq orqanizmin
ilk inkişaf dövürlərində
xüsusi əhəmiyyət kəsb edirlər, orqanizmdə B1 vitamini
çatışmadıqda beri-beri xəstəliyi yaranır. İnsan iştahdan kəsilir,
tez yorulur,
ayaq əzələləri tez yorulur, eşitmə və görmə
zəifləyir, onurğa və uzunsov beynin fəaliyyəti azalır, paralic
yaranır B2 vitamini çatışmadıqda dəri xəstəlikləri əmələ gəlir,
dodaq dərisi çatlar yaradır, gözdə dəyişiklik əmələ gəlir, qan
53
azlığı, sinir
sisteminin fəaliyyət zəifliyi, huşsuzluq və damar
tutmaları müşahidə edilir.
Nikotinamid (PP) çatışmadıqda müxtəlif yaralar və
dizbakterioz yaranır, əl və üz dərisində qırmızı yara və ləkələr
əmələ gəlir, psixoz meydana çıxır. Sianokobalmin (B12)
bağırsaqda bakteriyalar tərəfindən sintez olur.
Qan törədici
orqanlara təsir edir. Çatışmadıqda azqanlılıq əmələ gəlir.
C vitamini ən geniş yayılmışdır, müxtəlif qidaların
tərkibində vardır. Ən çox meyvə və tərəvəzlərdə olur. Bu
vitamin çatışmadıqda sinqa (skorbu) xəstəliyi əmələ gəlir,
damaqda qan axmaları və dişlərin zədələnməsinə səbəb olur,
bəzən ölüm hadisələri də baş verir.
A vitamini orqanizmin boy və inkişafına müsbət təsir
gəstərir. Çatışmadıqda gözün
görmə qabiliyyəti zəifləyir
(toyuq korluğu), korluq yaranır.
D vitamini sümük toxumasının formalaşmasında iştrak
edir. Bu vitamin çatışmadıqda skelet sümüklərinin
sümükləşmə prosesi zəiflədiyi üçün raxit xəstəliyi yaranır.
Uşaqlarda
ətraf sümüklər əyilir, qarın xeyli böyüyür, başda
saçlar zəif olur və tez tökülür.
Lakin
insan
orqanizmində,
ultrabənövşəyi
şüalar
təsirindən, dərindəki provitamin olan erqosteroldan sintez
olunur. Uşaqlara D vitamini və A vitaminlərini müəyyən
müddətdə verdikdə, onlardakı raxit xəstəliyin qarşısını almaq
olar.
Dostları ilə paylaş: