67
9-10 yaş
111,1
95,8
10-11 yaş
112,4
108,8
11-12 yaş
127,8
125,4
12-13 yaş
134,2
143,0
14-15 yaş
183,6
184,6
15-16 yaş
193,0
190,0
Yaşlılar
244,4
200,1
Qanın sistolik və ürək atması. Ürəyin yığılmasına -
sistola, boşalmasına - diastola deyilir. Yığılma və boşalma
dövrünə – ürək dövranı deyilir, bu dövr bir dəqiqə ərzində 60-
75, sərf olunan müddəti – 0,8 saniyədir. qulaqcıqların sistola
dövrü – 0,1 mədəciklərin – 0,3 saniyə, ümumi sükünət – 0,4
saniyədir. Ürəyin sistolik və dəqiqəlik həcmi vardır.
Sakit
vəziyyətdə insanın ürəyi arteriyalara 60-80 ml qan ötürür.
Dəqiqə həcmi isə 70-75 sm hesablanır.
Ürəyin fəaliyyəti elektrikləşmə prosesi ilə uzlaşır, yəni
ürək yığılıb boşaldıqda elektrik yükləri qeydə alınır. Bu
proses elektrokardioqrafiya adlanır. Elektrik yüklərini
elektrokardioqraf yüksək həssaslıqla qeydə alır. Alınmış
nəticələr elektrokardioqramma adlanır.
Ürəyin ritmik hərəkəti qanın orqanizmdə hərəkətini təmin
edir. Qan hissə-hissə damarlara göndərilir. Böyük damarlarda
qan durğunluğu yarandıqda damarlar genişlənir, damarların
divarı
elastik olduğundan, qanın ardıcıl axmasına şərait
yaranır. Ürək döyüntüləri və qandakı təzyiq müxtəlifliyi qan
dövranı-nın fasiləsiz keçməsinə şərait yaradır. Damarların
diametri müxtəlif olduğundan, onların sürəti də dəyişir.
Dəyişkən təzyiq nəticəsində qan dövranında qanın axması
qan təzyiqini yaradar. Onun
göstəricisi ürəyin işi ilə
əlaqədardır. Ürəkdə yaranan təzyiq nəticəsində qanın
68
orqanizmə paylanması, qanın qatılığının artması və
damarların elastikliyi, qan təzyiqini təyin edir. Sistola zamanı
sistolyar və ya maksimal təziq yaranır, diastola zamanı –
distolik və ya minimal təzyiq əmələ gəlir. Bu təzyiq fərqi isə
nəbz təzyiqini formalaşdırır. Nəbz təzyiqi az olduqda,
ürəkdən aortaya az qan ötürülür.
İnsanlarda sistolik təziq 110-125 mm civə sütunu,
diastolik – 60-85 mm c.s. - dur. Uşaqlarda qan təzyiqi olmur.
Yenicə doğulmuş körpələrdə, maksimal 76 mm c.s., minimal
40-50 mm c.s., 6-7 yaşlı uşaqlarda təzyiq yaranır
və ona
yeniyetmə hipertoniyası deyilir.
50 yaşlı insanlarda qan təzyiqi 130-145 mm c.s. bərabər
olur. Müxtəlif xəstəliklərdən asılı olaraq qan təziqi hipertonik
olur. Bəzi insanlarda təzyiq aşağı olduqda hipotonik
adlanırlar.
Qanın hərəkət sürəti, damarların quruluşundan asılı olaraq
dəyişir.
Geniş damarlardan qan asta, kiçik diametrli
damarlardan isə sürətlə axır. Aortanın diametri kiçik
olduğundan, orada sürət yüksəkdir 9 saniyədə (500 mm),
kapillyarlarda
isə əksinə, qan asta axır (0,5 mm/san).
Kapillarlarda qanın asta axması qazlar və maddələr
mübadiləsini təmin edir.
Dostları ilə paylaş: