OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Qan dövranı sistemi və ürək fəaliyyətinin yaş



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə39/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   68
Ar2018-2944 (1)

5.1. Qan dövranı sistemi və ürək fəaliyyətinin yaş 
xüsusiyyətləri 
 
Körpələrdə qan dövranının xüsusiyyətləri vardır. 
Embrional inkişafın ikinci ayında plasenta (cift) qan dövranı 
fəaliyyətə başlayır və doğulana qədər davam edir. Plasentadan 
dölə göbək venası gedir, döldən isə plasentaya iki göbək 
arteriyası gəlir (şəkil 5.1). Bu damarlar qöbək sapı ilə birləşir 
və onun uzunluğu 50-60 sm olur. Döl oksiqenlə zəngin 
qandan istifadə edir, karbon qazı isə plasentaya gəlir. Əslində 
döl qarışıq qandan istifadə edir. 
Yenicə doğulmuş körpələrdə plasentar qan dövranı 
dayanır və ana ilə əlaqə kəsilir. İlk tənəffüsdən sonra ağ 
ciyərlər genişlənir. Qan ağ ciyər arteriyası ilə ağ ciyərlərə 
gəlir və oksigenlə zənginləşir. Qan axarları 6-8 və ya 9-11-ci 
həftələrdə tam formalaşır.
Ürək fəaliyyətinin yaş xüsusiyyətləri. Körpələr dünyaya 
gəldikdən sonra ürək hər tərəfli inkişaf etməyə başlayır 
Onlarda, ürək əvvəlcə dairə şəkilli olur, oturmağa 
başlayan dövrdən ürək diafraqmaya söykənir və köndələn 
vəziyyət alır. İki və üç yaşlı uşaqlarda ürək V qabırğa 
səviyyəsində yerləşir, 10 yaşlılarda böyüklərdə ki, kimidir. 
Müxtəlif yaşlarda ürəyin kütləsi dəyişir (cədvəl 5.3) 
Ürəyin kütləsi, q-la Cədvəl 5.3 
Yaşları 
Oğlanlar 
Qızlar 
Yeni 
doğulmuş 
17,2 
16,4 
-2 yaş 
55,6 
52,5 
5-6 yaş 
85,1 
82,4 


67 
9-10 yaş 
111,1 
95,8 
10-11 yaş 
112,4 
108,8 
11-12 yaş 
127,8 
125,4 
12-13 yaş 
134,2 
143,0 
14-15 yaş 
183,6 
184,6 
15-16 yaş 
193,0 
190,0 
Yaşlılar 
244,4 
200,1 
 
Qanın sistolik və ürək atması. Ürəyin yığılmasına - 
sistola, boşalmasına - diastola deyilir. Yığılma və boşalma 
dövrünə – ürək dövranı deyilir, bu dövr bir dəqiqə ərzində 60-
75, sərf olunan müddəti – 0,8 saniyədir. qulaqcıqların sistola 
dövrü – 0,1 mədəciklərin – 0,3 saniyə, ümumi sükünət – 0,4 
saniyədir. Ürəyin sistolik və dəqiqəlik həcmi vardır. Sakit 
vəziyyətdə insanın ürəyi arteriyalara 60-80 ml qan ötürür. 
Dəqiqə həcmi isə 70-75 sm hesablanır. 
Ürəyin fəaliyyəti elektrikləşmə prosesi ilə uzlaşır, yəni 
ürək yığılıb boşaldıqda elektrik yükləri qeydə alınır. Bu 
proses elektrokardioqrafiya adlanır. Elektrik yüklərini 
elektrokardioqraf yüksək həssaslıqla qeydə alır. Alınmış 
nəticələr elektrokardioqramma adlanır. 
Ürəyin ritmik hərəkəti qanın orqanizmdə hərəkətini təmin 
edir. Qan hissə-hissə damarlara göndərilir. Böyük damarlarda 
qan durğunluğu yarandıqda damarlar genişlənir, damarların 
divarı elastik olduğundan, qanın ardıcıl axmasına şərait 
yaranır. Ürək döyüntüləri və qandakı təzyiq müxtəlifliyi qan 
dövranı-nın fasiləsiz keçməsinə şərait yaradır. Damarların 
diametri müxtəlif olduğundan, onların sürəti də dəyişir. 
Dəyişkən təzyiq nəticəsində qan dövranında qanın axması 
qan təzyiqini yaradar. Onun göstəricisi ürəyin işi ilə 
əlaqədardır. Ürəkdə yaranan təzyiq nəticəsində qanın 


68 
orqanizmə paylanması, qanın qatılığının artması və 
damarların elastikliyi, qan təzyiqini təyin edir. Sistola zamanı 
sistolyar və ya maksimal təziq yaranır, diastola zamanı – 
distolik və ya minimal təzyiq əmələ gəlir. Bu təzyiq fərqi isə 
nəbz təzyiqini formalaşdırır. Nəbz təzyiqi az olduqda, 
ürəkdən aortaya az qan ötürülür. 
İnsanlarda sistolik təziq 110-125 mm civə sütunu, 
diastolik – 60-85 mm c.s. - dur. Uşaqlarda qan təzyiqi olmur. 
Yenicə doğulmuş körpələrdə, maksimal 76 mm c.s., minimal 
40-50 mm c.s., 6-7 yaşlı uşaqlarda təzyiq yaranır və ona 
yeniyetmə hipertoniyası deyilir. 
50 yaşlı insanlarda qan təzyiqi 130-145 mm c.s. bərabər 
olur. Müxtəlif xəstəliklərdən asılı olaraq qan təziqi hipertonik 
olur. Bəzi insanlarda təzyiq aşağı olduqda hipotonik 
adlanırlar. 
Qanın hərəkət sürəti, damarların quruluşundan asılı olaraq 
dəyişir. Geniş damarlardan qan asta, kiçik diametrli 
damarlardan isə sürətlə axır. Aortanın diametri kiçik 
olduğundan, orada sürət yüksəkdir 9 saniyədə (500 mm), 
kapillyarlarda isə əksinə, qan asta axır (0,5 mm/san). 
Kapillarlarda qanın asta axması qazlar və maddələr 
mübadiləsini təmin edir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin