OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə42/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   68
Ar2018-2944 (1)

Traxeya və bronxlar. Traxeya qırtlağın aşağı sahəsindən 
başlayır, uzunluğu 10-13 sm olan boş borudur. Daxili 
səthində selikli qişa və titrək epiteli vardır. IV-V döş 
fəqərələri səviyyəsində sol və sağ bronxlara ayrılır. 
Bronxlar quruluşca traxeyaya bənzəyir, sağ bronx soldan 
qısadır. İlkin bronx ağ ciyər qapısından ağ ciyərə daxil olaraq 
ikinci bronxları, sonra üçüncü və sonda bronx «ağacını» 
yaradır. Ən kiçikləri isə bronxiola adlanır. Bronxiola alveolla 


73 
qurtarır. Körpələrin bronxu qısadır (4 sm), 14-15 yaşında isə 
7-8 sm-ə çatır. 
Ağ ciyərlər. Buradakı son broxiolalar alveola qovuqları 
ilə birləşir və tənəffüs yolu qurtarır. 
Alveolların divarı yastılaşmış epitel hüceyrələridir. Hər 
bir alveolun sıx kapillyarları vardır. Burada qazlar mübadiləsi 
baş verir. Ağ ciyərdə 350 milyona qədər alveol vardır və 
onların ümumi sahəsi 150 m-dir. Onların bir səthində 
havadakı qazlar, digər səthində qan kapillyarları yerləşir. 
Əvvəlcə oksigen və karbon qazları arasında, porsial təzyiq 
nəticəsində, diffuziya başlayır. Alveolların səthi çox olduqda, 
qazların diffuziyası artır. Ağ ciyərlərdə yaranmış təzyiq 
fərqinə əsaslanaraq, qazlar arasında mübadilə baş verir. 
Hər bir ağ ciyər seroz pərdə ilə, plevra ilə örtülmüşdür. 
Plevra iki qatlıdır və onlar arasında plevra mayesi (1-2 ml) 
dolmuşdur. Nəfəs alıb-vermə prosesində sürtünmənin qarşısı 
alınır və tənəffüs hərəkəti maneəsiz icra edilir. 
Uşaqların ağ ciyərləri alveollarının həcmi artdıqca 
böyüyür. Artıq 8 yaşlı uşaqların ağ ciyərləri böyük-lərdəki 
kimi olur. Cinsi yetkinlik zamanı ağ ciyərlərin həcmi, 
körpələrlə müqayisədə 20 dəfə artır. 
Tənəffüs hərəkətləri. Nəfəs alma və vermə qazlar 
mübadiləsinin ritminə uyuğun olaraq baş verir. Ağ ciyərlərdə 
əzələ yoxdur, ona görə də fəal hərəkət edə bilmir. Amma 
nəfəs alıb-vermədə tənəffüs prosesində iştrak edən digər 
əzələlər vardır. Tənəffüs əzələləri fəlc (paralic) olarsa, 
tənəffüs orqanları zədələnmədikdə belə, nəfəs alıb-vermə icra 
edilməz. 
Tənəffüs prosesində, xüsusən nəfəs almada xarici qabırğa 
əzələləri və diafraqma yığılır, qabırğaarası əzələlər qabırğanı 
yuxarı qaldırır və kənara çəkir, döş qəfəsinin həcmi artır. 


74 
Diafraqma yığıldıqda isə yastılaşır və yenə də döş qəfəsinin 
həcminin artmasına səbəb olur. Dərindən nəfəs alarkən digər 
əzələlər və boyun əzələləri iştrak edir, qapalı sistemdə 
yerləşən ağ ciyərlər nəfəs alma və vermə zamanı passiv olaraq 
hərəkət etməyə məcburdur. Bu zaman ağciyərlərdə mənfi 
təzyiq yaranır və bu təzyiq atmosfer təzyiqindən aşağıdır. 
Nəfəs aldıqda təziq 9-12 mm c. s., nəfəs verdikdə isə, 
atmosfer təziqindən 2-6 mm c. s. aşağı olur. 
Döş qəfəsi sürətlə inkişaf etdiyindən ağ ciyərlər daima 
gərilmiş vəziyyətdədir. Onların elastiki liflərinin qüvvəsi 
daima yığılmağa çalışır. Ağ ciyərlərin ətrafındakı təzyiq 
atmosfer təzyiqinə bərabər olur. Plevra boşluğunda əmələ 
gəlmiş mənfi təzyiq döş qəfəsi genişləndikdə, o da genişlənir, 
ağ ciyərlər gərilirlər. Atmosfer havası hava yolları ilə ağciyərə 
dolduqda, onu döş qəfəsinə çıxır. 
Tənəffüs əzələləri boşaldıqda isə qabırğalar ilk vəziyyətə 
düşür, diafraqmanın zirvəsi qalxır, ağ ciyərlərin həcmi azalır 
və hava xaricə çıxır. Dərin nəfəs vermədə qarın əzələləri, 
qabırğaların daxili əzələləri və s. iştrak edir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin