OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


 İfrazat sisteminin yaş xüsusiyyətləri



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə50/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   68
Ar2018-2944 (1)

 
7.2. İfrazat sisteminin yaş xüsusiyyətləri 
İfrazat prosesinin əhəmiyyəti. Maddələr mübadiləsində 
müxtəlif miqdarda ara məhsullar yaranır. Onların bir hissəsi 


87 
orqanizm tərəfindən istifadə edilir, digərləri isə xaric olunur. 
Ağ ciyərlərdən karbon qazı, su və digər uçucu maddələr, 
bağırsaqlardan müxtəlif duzlar, orqanizm üçün lazım olmayan 
qida qalıqları, tər vəziləri vasitəsi ilə - su, duz və üzvi 
maddələr bədəndən kənarlaşdırılır. 
Orqanizmdə əsas ifrazat orqanı böyrəklərdir. Onlar 
orqanizmdən su, duz, ammonyak, sidik turşusu, və s. 
çıxarırlar. Böyrəklər orqanizmdə qanın osmotik xassəsini 
tənzim edirlər. Böyrəklərlə həm də müxtəlif zəhərli maddələr 
xaric olunur. Onlar qanın xassələrini tənzim edərək, qanda 
toplanan turş və qələvi xassəli maddələri orqanizmdən çıxarır. 
Qanın tərkibindəki natrium və kalium ionları ammonium 
duzlarını əmələ gətirərək, sidiklə bərabər orqanizmdən xaric 
edilir. 
Böyrəklərin quruluşu. Böyrəklər cüt orqan olub, paxla 
şəkilli, sol və sağ taylardan ibarətdir. Kütlələri 60-120 qrama 
qədərdir. Onlar XII döş, I və II bel fəqərələri səviyyəsində, 
onurğa sütunun sağ və solunda yerləşmişdir. Sağ böyrək, sol 
böyrəklə müqayisədə 2-3 sm aşağıdadır. Böyrəklərin yuxarı 
səthində böyrək üstü vəzilər yerləşirlər. Böyrəklər daxilə 
doğru əyilərək – böyrək qapısını əmələ gətirir. Buraya böyrək 
arteriyası daxil olur, böyrək venası və sidik axarları çıxır 
(şəkil 48). 
Böyrək xaricdən sıx fibroz pərdə ilə əhatə olunmuşdur
daxildə piy toxuması, və ya piy kapsulası vardır. Onun 
quruluşu mürəkkəbdir, xarici və daxili qatları vardır. Xarici 
qat tünd rəngli olub – qabıq, daxili qatı isə nisbətən açıq 
rəngli olub – beyin qatı adlanır. 
Qabıq qatı böyrəyin xaricini örtərək, sütünlar şəklində 
beyin qatına daxil olub, 15-20 ədəd böyrək piramidası 
yaradır. Piramidanın əsası qabıq qata, zirvəsi isə böyrək 


88 
ləyənlərinə yönəlmişdir. Qabıq qat tünd boz-qonur rəngli 
olub, qalınlığı 5-7 mm, beyin qatı açıq rənglidir. 
Böyrəklərin quruluş vahidi – nefrondur. Hər bir 
böyrəkdə 1 mln civarında nefron vardır. Nefronlar qabıq 
maddədə mikroskopik kapsula əmələ gətirmiş, daxilində qan 
kapillyarlarından yumaqcıq yaranmışdır. Kapsula boşluğunda 
kanalcıqlar (borucuqlar) vardır, onlar əyilərək beyin qatına 
keçir. Kapsula ikiqat membrana malikdir. 
Beyin qatında borucuqlar əyilərək yenidən qabıq qata 
qayıdır və yenidən toplayıcı böyrək borucuğuna birləşir. 2-3 
böyrək kanalcığı birləşərək, axarlar yaradır və onlar 
qədəhlərdə birləşir. Qədəhlər kiçik və böyük formadadır. 
Onlar birləşərək böyrək ləyəninə keçirlər. Böyrək ləyənləri 
qıf şəklindədir, bura gəlmiş sidik, sidik axarlarına dolur. 
Böyrək borucuqlarının uzunluğu – 30 mm olur, ümumi 
uzunluğu 130-135 km təşkil edir. Hər gün böyrəklərdən 150-
170 litr qan süzülür, nəticədə normal halda, 1,5-2,0 l sidik 
ifraz olunur. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin