86
mikroorqanizmlər nazik bağırsaqdakı qidanı mənimsəyə
bilmir və qida qana keçir.
Mikroxovlar
mikroorqanizmləri
kənarlaşdırır
və
fermentlər qidanı sərbəst parçalayaraq, sorulma prosesinə
şərait yaradırlar.
Sorulma mürəkkəb fizioloji prosesdir, bağırsaqların epitel
hüceyrələrinin fəaliyyətindən asılıdır. Bağırsaq-lardakı
zülallar amin turşularına qədər parçalandıqdan sonra sorula
bilirlər. Uşaqların bağırsaqlarının divarı yüksək keçiricilik
qabiliyyətinə malik olduğundan bəzən süddəki zülalların və
albuminlərin bir hissəsi, birbaşa sorula bilir. Əgər uşaqların
qidasında zülal çox olarsa, onların dərisində qızartılar, sızaq
və qaşınma müşahidə olunur. Çürümə zamanı əmələ gəlmiş
yad cisimlər və zəhərli maddələr uşaqlarda zəhərlənmələr
yarada bilər.
Qidanın tərkibindəki karbohidratlar qlükoza halında qana
sorulur. Bu sorulma nazik bağırsağın proksimal hissəsində
gedir. Yoğun bağırsaqda sorulma ləng gedir. Yağlar öd və
tripsinin təsirindən parçalandıqdan sonra qliserin və sadə yağ
turşuları şəklində limfaya sorulur.
Orqanizmə daxil olmuş su əvvəlcə mədədə sorulmağa
başlayır. Ən çox sorulması isə yoğun bağırsaqlarda gedir (25
dəqiqədə - 1,5-2
l su sorulur). Mineral duzlar suda həll
olduqdan sonra, məhlul halında sorulurlar. Onların sorulma
sürəti duzun məhluldakı qatılığından asılıdır.
Dostları ilə paylaş: