78
vardır. Onların quruluşu xeyli mürəkkəbdir. Tənəffüs
prosesinin tənzim olunmasında baş beyin yarımkürələrinin
qabığı xüsusi yer tutur.
Tənəffüs mərkəzi daima fəaldır, onun ritmik oyanma
impulsları nəfəs alma və verməni təmin edir.
Bəzən bu
impulslar
tənəffüs
avtomatizmini
yaradır.
Tənəffüs
mərkəzində gedən maddələr mübadiləsi avtomatizmi təmin
edir.
Tənəffüs prosesi həm də reflektor xassəlidir. Ağrı, dəri və
s. reseptorları qıcıqlandırdıqda, tənəffüs prosesində reflektor
dəyişkənlik yaratmaq mümkündür. Nəfəs vermə prosesi nəfəs
alma üçün reflektor tənzimləyicisi olur.
Havanın tərkibindəki qazlar tənəffüs mərkəzinə təsir edir,
qanın tərkibindəki kimyəvi maddələr baş beyinə gedən qanla
tənəffüs mərkəzini qıcıqlandırır. Əzələlər iş gördükdə süd
turşusu toplanır. Bu turşu tənəffüs tezliyini artırır.
Tənəffüsün yaş xüsusiyyətləri. prosesinin tam
formalaşması 11 yaşda başa çatır. Bu dövrdən başlayaraq hər
bir fərd tənəffüsünü tənzimləyə bilər. İkinci siqnal sistemi –
nitqin
yaranması,
tənəffüs
prosesini
daha
da
mükəmməlləşdirmişdir. Yetkinlik dövrlərindən başla-yaraq
hər bir insan düzgün tənəffüs etməlidir. Adi tənəffüs
prosesində nəfəs alma, nəfəs vermədən qısadır.
Belə ritm
fiziki və zehni fəaliyyət zamanı tənəffüs ritmini düzgün təmin
edir və xeyli səmərəlidir. Nəfəs aldıqda tənəffüs mərkəzi
oyanır, induksiya yaradaraq baş beynin digər sahələrinin
fəaliyyətini zəiflədir. Nəfəs verdikdə isə əksinə,
baş beyin
şöbələrinin fəaliyyəti yüksəlir, tənəffüs mərkəzinin fəaliyyəti
azalır. Nəfəs aldıqda əzələlərin yığılması azalır, nəfəs
verdikdə isə yüksəlir. Belə olduqda
iş görmə qabiliyyəti
79
azalır, orqanizm yorulur, nəfəs alma müddəti artır, nəfəs
vermə qısalır.
Şagirdlərin düzgün tənəffüs etməsini,
müəllimlər idman
dərslərində qaçma, müxtəlif yarışmalar və s. fəaliyyət zamanı,
öyrətməlidirlər. Müəllim dərs prosesində döş qəfəsinin
normal hərəkətini anlatmalıdır. Məktəblilərdə döş qəfəsi
normal inkişaf etmiş olarsa, o zaman düzgün və müvazinətli
tənəffüs tam təmin olunar. Gövdəni
əyri tutan şagirdlərin
tənəffüs prosesi xeyli pozulur və onlar tələb olunan miqdarda
oksigen
ala
bilmirlər.
H.H.Əsədov,
İ.U.Rəhimov,
F.H.Əsədov.
Uşaq
orqanizminin
anatomiyası
və
fiziologiyasının yaş xüsusiyyətləri. Dərslik. Bakı – 2008.
Dostları ilə paylaş: