77
oksigenlə birləşə bilir. Oksigenin parsial təzyiqi yüksək
olduqda, hemoqlobin daha çox oksihemoqlobinə çevrilir,
alveolların parsial təzyiqi 100-110 mm c.s. olduğundan,
qandakı hemoqlobinin 97%-i oksigenlə birləşir.
Oksihemoqlobin ağ ciyərdən oksigeni toxuma və
hüceyrələrə çatdırır. Burada porsial təzyiq aşağı olduğundan
oksiqen dissosasiyaya uğrayaraq, ayrılır. Karbon qazı çox
olduqda, hemoqlobin oksigenlə birləşə bilmir.
Orqanizmdə qanın tərkibində karbon qazı kimyəvi
birləşmə natri hidrokarbonat və kalihidrokarbonat halındadır.
Onun bir hissəsi hemoqlobin vasitəsi ilə nəql olur. Karbon
qazının toxumalardan ayrılmasına qanın səthi gərilməsi səbəb
olur. Bu zaman eritrositlərdə olan karbonhidraza fermenti
fəallaşır. Bu ferment karbon qazının reaksiya qabiliyyətini
artırır və karbonat turşusu alınır. (CO
2
+H
2
O→H
2
CO
3
).
Toxumalarda əmələ gəlmiş karbonat turşusu, ağ
ciyərlərdəki
karboanhidraza
fermenti
təsirindən
dehidratasiyaya uğrayır və karbon qazı qandan çıxır.
Orqanizmdə oksigenin mənimsənilməsi və karbon qazının
çıxması, oksidləşmə - redaksiya reaksiyaları ilə baş verir.
Dostları ilə paylaş: