72
uşaqlarda tam formalaşmış olur. Burun boşluğunun selikli
qişasında qan damarları çoxdur, onların hərəkətedici epiteli
vardır. Epitelidə selik ifraz edən vəzilər yerləşmişdir. Nəfəs
aldıqda toz hissəcikləri tutulur, hava isə qızır (isinir).
Burun boşluğlarında burun-udlaq sahəsi ilə birləşir.
Udlağın üstündə burun-udlaq yerləşir. Udlaq boru şəkilli
olub, burun boşluğuna, ağız və qırtlaq sahələrinə açılır.
Buraya həm də eşitmə borusu açılır. Uşaqların udlağı geniş və
qısadır, eşitmə borusu bir qədər aşağıdadır. Tənəffüs
yollarının yuxarı sahəsi xəstələndikdə, orta qulaqdakı
borularda da xəstəlik əmələ gəlir.
Qırtlaq – qığırdaq lövhələrdən təşkil olunmuş, oynaq və
əzələlərlə bir-biri ilə birləşmişdir. Burada ən böyük qığırdaq
lövhəsi – qalxanabənzər qığırdaqdır. Qırtlağın üstündə –
qığırdaq lövhə – qırtlaq qapağı yerləşir. O, udma zamanı
qırtlaq borusunu qapayır. Qırtlaq selikli qişa ilə
örtürülmüşdür, burada iki cüt yarım qövs qırışlar vardır.
Burada səs telləri və səs yarığı yerləşir. Onlar nitq prosesində
sözlərin yaranması üçün, müxtəlif səs titrəmələri çıxarır.
Kişilərin səs telləri, qadınlara nisbətən uzundur. Ona görə də
kişilərin səsi astadır. Uşaqların qırtlağı qısadır və 3 yaşında
formalaşır, cinsi yetkinlik dövründə müəyyən dəyişkənliyə
uğrayırlar. Kişilərdə 14-15 yaşlarında ulqum əmələ gəlir.
Dostları ilə paylaş: