OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə37/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   68
Ar2018-2944 (1)

Hemoqlobin. Eritrositlərin tərkibindəki hemo-qlobin 
zülaldır. O, hem və qlobindən əmələ gəlmişdir. Qlobin 
zülaldır, hem isə qana qırmızı rəng verən piqmentdir. 
Hemoqlobin oksigendən başqa, qanın tərkibindəki karbon 
qazı (CO
2
) ilə asanlıqla birləşir və onu toxuma və 
hüceyrələrdən toplayaraq ağ ciyərə gətirir. 
Normal halda 100 ml qanda 80%-qədər hemoqlobin olur. 
Hemoqlobin miqdarını hesablamaq üçün 16,7 hemoqlobinin 
80%-ni hesablayırlar. Yəni, 100 ml-də 13,4 q hemoqlobin 
olar. Yalnız körpələrdə hemoqlobinin miqdarı yüksək olur. 3-
4 yaşlı uşaqlarda azalmağa başlayır, 8 yaşındakı uşaqlarda 
əvvəlki səviyyəyə qədər artır. 
Müxtəlif xəstəlik zamanı eritrositlərin çökmə sürəti (EÇS) 
təyin edilir. Qadınlarda EÇS saatda 12 mm, kişilərdə isə 3-9 
mm olur. Körpələrdə 1-2 mm/saat, 3 yaşda – 2-17 mm/saat, 7-
12 yaşda – saatda 12 mm olur. Xəstəlik zamanı qeyd 
etdiyimiz normal göstəricilər artır. 
Leykositlər. Ağ qan hüceyrələrinin müxtəlif formada 
nüvələri vardır, 1 mm qanda 6000-8000 leykositlər olur. 
Onları 2 qrupa ayırırlar: dənəvari və danəsiz. Danəlilərdə – 
qranulaları boyadıqda – mavi, qırmızı və bənövşəyi rəng 
alırlar. Danəsizlər boyanmır. Burada limfositlər, monositlər 
vardır. Danəlilərin bazofil forması qələvi mühitdə yaxşı 
boyanır, eozinofillər – turş mühitdə, neytral mühitdə – 
neytrofillər boyanır. 
Yenicə doğulmuş körpələrin 1 mm qanında 20000 
leykosit olur. Həyatının ilk günlərində, bəzən bu miqdar 
30000-ə çatır. 7-12 günlük dövrdə – 10000-12000-ə, 13-15 
yaşında leykositlərin miqdarı normal səviyyəyə çatır. 
Leykositlərin əsas xassəsi – orqanizmə daxil olmuş 
mikroorqanizm, 
yad 
zülallar, 
yad 
cisim 
və 
s. 


63 
zərərsizləşdirməkdir. Onlar sərbəst hərəkət edərək, yalançı 
ayaqları vasitəsi ilə yad cisimləri (antigenləri) tutur və 
parçalayır, qan damarlarında leykositlər sərbəst hərəkət edir. 
Ən yüksək sürət neytrofıllərdədir. 
Leykositlər tərəfindən yad cisimlərin udulması və 
parçalaması faqositoz adlanır, leykositlərə isə faqositlər 
deyilir. Bu proses İ.İ.Meçnikov tərəfindən aşkar edilmişdir. 
Faqositoz orqanizmin müdafiə xassəsidir, daxili mühit 
şəraitini tarazlıqda saxlayır. Bu prosesdə limfositlər daha 
fəaldır və onlar limfa düyünlərində və dalaqda yaranır, qanın 
tərkibində 100-200 gün dövran edir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin