OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə35/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   68
Ar2018-2944 (1)

Qanın tərkibi. Təzə qan şəffaf olmayan, qırmızı rəngli 
mayedir. Laxtalanmanın qarşısını alaraq, qanda təbəqələr 
görünür. Üst təbəqədə – plazma, zəif - acıq sarı rəngli maye, 
aşağı təbəqədə tünd qırmızı rəngli, formalı elementlər 
görünür. Çöküntü təbəqəsindəki formalı elementlər – 
eritrositlər, leykositlər və trombositlərdən ibarətdir. Hər bir 
qan hüceyrəsinin özünə məxsus həyat dövranı vardır. Qan 
törədici orqanlarda – sümük iliyində, limfa düyünlərində və 
dalaqda, daima yeni hüceyrələr yaranır. Sağlam insanların 


59 
qanının 55-60%-i plazma, 40-45%-i formalı elementlərdir. 
Uşaqların ilk həyatı dövründə bu miqdar yüksəkdir. 
Qan plazması. 100 ml sağlam insan qan plazmasında 93 
q su, 7 q isə mineral maddələr, zülal, karbohidrat, yağlar, 
hormonlar, vitamin və amin turşuları vardır. Qeyd etdiyimiz 
üzvi və mineral maddələrin cəmi osmotik təziq yaradır. Qeyri 
üzvi maddələr osmotik təzyiqi artırır. Bu təzyiq qan və 
toxumalar arasında su mübadiləsini tənzim edir, orqanizmin 
normal fəaliyyətinin getməsi üçün osmotik təzyiq daima 
bərabər səviyyədə olmalıdır. Buna görə də orqanizmə mineral 
duzlarla təsir etdikdə qanın tərkibində osmotik təzyiq artaraq 
və kəskin mənfi hallar baş verə bilər. 
Zəif qatılıqlı mayelər osmotik təzyiqi yüksək olan maye 
tərəfə axır. Təzyiqi aşağı olan maye – hipotonik, yüksək 
olanlara – hipertonik, qatılığı hüceyrə şirəsinin qatılığına 
bərabər olan mayelər – izotonikdir. İnsan eritrositlərini 0,44-
0,48%-li NaCl duzu məhluluna saldıqda, hemoliz başlayır, 
eritrositlər dağılır. Körpələrin eritrositləri 0,3-0,4% NaCl 
məhlulunda dözür, amma 0,48%-0,52% NaCl-da parçalanır. 
Qan plazmasına uyğun gələn duz məhlulları – fizioloji məhlul 
adlanırlar. 
Qan plazmasının osmotik təzyiqi və oradakı duz 
məhlulunun qatılığı stabil olur. Onun pH 7,07, yəni neytrala 
çox yaxındır. pH 7,36 olduqda bədən temperaturu 37°C olur. 
Plazmadakı zülalların çox hissəsi qara ciyərdə yaranır. Bu 
zülallar qan və toxumalardakı su mübadiləsində iştrak edir. 
Bu zülallar – albuminlərdir. Albuminlər immunitetin xassəsini 
artırır, həm də orqanizmə daxil olmuş zəhərli maddələrin 
neytrallaşmasında iştrak edirlər. Antitel xassəsi I zülallar 
qlobulinlərdir. Qamma-qlobulinlər isə müalicə preparatı kimi 
tətbiq edilməkdədir. 


60 
Fibrinogen zülalı plazmanm ən mühüm zülallarından biri 
olub, qan laxtalanmasını təmin edir. Plazmadan fibrinogeni 
kənarlaşdırdıqda, qan zərdabı alınır, zülallar qana özlülük 
verir və qan I təzyiqini normal səviyyədə saxlayır. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin