55
tutulur. Bu göstəricilər nisbi xarakterli olub, fiziki qabiliyyət
və fərdi xüsusiyyətlər nəzərə alınmalıdır.
Normal inkişafa nail olmaq üçün qidalanma dövrlərini
nəzərə almaq lazımdır. Yalnız belə şəraitdə qidanın tam həzm
olmasına şərait yaranır. Əgər insan gün ərzində yalnız iki dəfə
qidalanırsa, o zaman qidanm bioloji mahiyyəti azalır. Qida
alma müddətinin uzun olması, uşaqları narahat edir, onlar
qıcıqlanır və ya ağlayırlar.
Körpələr həyatının ilk iki ayında gün ərzində 7 dəfə, 3-5
aylıq dövrdə – 5, 1 yaşda – 5 dəfə qidalanmalıdırlar. Məktəb
şagirdləri üçün – 4 dəfədən az olmayaraq (3 dəfə ailədə və 1
dəfə məktəbdə) qida almalıdırlar.
Qidalanma arasındakı dövr 4-6 saatdan artıq olmamalıdır.
Uşaqlar üçün səhər yeməyi – günlük qidalanmanın 25%,
məktəbdə – 20%, nahar 25%, axşam 20% təşkil etməlidir.
Məktəbdəki qidanın tərkibində 15-30 q zülal, 15-20 q yağ, 80-
100 q karbohidratlar olmalıdır.
Ət və balıq məhsullarını gündüz yeməklərinə daxil etmək,
məqsədə uyğundur. Axşamlar meyvə və ya süd
məhsullarından istifadə edilməsi məsləhətdir.
Dostları ilə paylaş: