51
Karbohidratlar orqanizmdə həm oksigensiz, həm də oksigenli
şəraitdə mübadiləyə uğrayırlar.
İnsan orqanizmindəki qanın tərkibində qlükozanın
miqdarı 100-110 mq-dır. Onun miqdarı azaldıqda, bədən
temperaturu aşağı düşür, sinir sistemi pozulur, insan tez
yorulur. Şəkərin səviyyəsini stabil (tarazlı) saxlamaq üçün,
qara ciyər xüsusi rol oynayır. Qara ciyərdə toplanmış
qlikoqen, qanın tərkibində şəkərin miqdarını sabit saxlayır.
Orqanizmdə qlükozanın miqdarı qanda 0,17 olarsa, o zaman
şəkərlər sidiklə bədəndən çıxarılır. Lakin mədəaltı vəzinin
hormonu olan insulin azaldıqda, şəkərli diabet yaranar. Belə
halda orqanizm şəkəri tam mənimsəyə bilmir, onun miqdarı
qanda artır. Sinir sisteminin fəaliyyətində şəkərlərin rolu
yüksəkdir. Orqanizmdə ən çox şəkəri baş beyin toxumaları
istifadə edirlər.
Uşaq orqanizminin inkişafında şəkərlərin əhəmiyyəti
böyükdür. Onların orqanizmi sürətlə inkişaf etdiyi üçün, gün
ərzində şəkərlərə olan tələbat artır. 1-3 yaşlı uşaqlar gün
ərzində 15-170 q, 4-7 yaşda – 200 q, 9-13 yaşda – 250-300 q,
14-17 yaşda - 450 q qədər şəkərli qidalar qəbul etməlidir.
Qeyd olunan miqdar şirniyyat məmulatlarını nəzərdə tutmur.
Buraya süd, çörək, müxtəlif unlu məmulatlar, meyvələr və
onların şirələri aiddir.
Dostları ilə paylaş: