44
Yenicə doğulmuş körpələrin dərisi külli miqdarda
reseptorlarla təmin olunmuşdur. Onlar xassə etibarı ilə
böyüklərin dərisindəki reseptorlarla eynidir. Əvvəlcə əllərin
sonradan isə ayaqaltı reseptorlar fəaliyyət göstərir. Ovucun
içində və barmaq uclarında reseptorlar daha həssas olurlar.
Körpələrin həyatının birinci ilində reseptorların
keyfiyyətcə dəyişməsi gedir və birinci ilin sonunda onların
keyfiyyəti böyüklərdəki kimi olur.
Bu dövrdə Meyssner
cisimlərinin miqdarı artır.
Embrional dövrün 22-ci həftəsində dəri analizatorunun
qabıq ucları formalaşır postembrional dövrdə inkişaf davam
edir və bir neçə il inkişafda olur. Dərinin qabıq ucları 1-2
yaşda müxtəlif elementlərlə təmin olur və onun mərkəzi 1-4
yaşlarında ənsə şöbəsi ilə birləşir. Artıq 7 yaşlı uşaqlarda hissi
sahələrin hüceyrələri xeyli genişlənir.
Dəri
analizatorunun
funksional
formalaşması
Embrional inkişafın 8-ci
həftəsində rüşeym toxuma
reflekslərinə cavab verə bilir. Bu reaksiya əvvəlcə ağız
nahiyəsində, sonradan isə başın müxtəlif sahələrində, ovucda,
ayağın altında reflektor reaksiyalar yaranır.
Körpələrdə
toxunma
(taktil)
hissələrin
ölçüsü
böyüklərdən 7-14 dəfə yüksəkdir. 18-25 yaşlı insanlar-da bu
göstərici azalır. 12 yaşlı uşaqlarda iki toxunma nöqtələrində
yaranan reaksiya məsafəsi 15 mm olduğu halda, böyüklərdə 9
mm olur.
Bütün reflektor reaksiyalar
bir-biri ilə əlaqəli olub,
ümumiləşmə xassəsinə malikdir. Taktil qıcıqlarda yaranan
şərti reflekslər körpələrin ilk aylarında müşahidə edilsə də,
onlar bir-birindən fərqlənmirlər. Yalnız həyatının 2-3 ayında
şərti reflekslər xeyli möhkəm və uzun müddətli olur.
45
Dərinin ağrı duyma xassəsi
embrional inkişaf dövründə
yaransa da, doğulduqdan sonra daha parlaq formadadır.
Körpələrə elektrik cərəyanı ilə qıcıq verdikdə onlarda zəif
cavab reaksiyası alınır. Yalnız 9 aydan 5 yaşa qədər olan
dövrdə həssaslıq yüksəlir, sonradan isə azalmağa meyl edir.
Körpələr tempratur göstəricilərinə – isti və soyuğa həssas
olub, şərtsiz refleks yaranır.
Onlar bu hissi ağlamaq, hərəkət
və s. ifadə etməyə çalışırlar. İlk reaksiya ümumiləşmiş
sonradan isə bütün bədən reaksiya verməyə başlayır.
Dostları ilə paylaş: