42
yollarında mielinləşmə başlayır, vestibulyar analizatorların
periferik sahə-sindən gələn impulslar uzunsov beynə
çatdırılır.
Ana bətnində baş vermiş
morfoloji dəyişkənlik
vestibulyar aparatda reflektor reaksiyaların əmələ gəlməsinə
imkan verir. Ömrünün 2-3 ayında körpələrin vestibulyar
analizatoru bir çox hərəkətləri müəyyən edə bilir.
Əllərin və
ayaqların reflektor olaraq hərəkət etməsi ömrünün ilk
aylarında müşahidə olunmaqdadır. Vestibulyar analizatorun
morfoloji və funksional inkişafı ilə əlaqədardır.
Vestibulyar
reseptorlardan gələn impulslar sinir uclarında xüsusi kimyəvi
maddələrin yaranmasına səbəb olur. Bu maddələr uzunsov
beynin nüvələrinin və aksonların mielin-ləşməsini təmin edir,
onurğa beyninin motoneyron-larına beyincik və gözü hərəkət
etdirən sinir nüvələrinə oyanmaları çatdırır.
Neyronları əmələ gətirən kimyəvi maddələr aksonların
şaxələnmiş uclarından uzunsov beynin vestibulyar nüvələrinə
daxil olurlar.
3.4. Dad və qoxu analizatorlarının yaş xüsusiyyətləri
Embrional inkişafın 3 ayında dad bilmə analizatorlarının
periferik hissəsi formalaşır. Doğulduqdan sonra bu analizator
tam yetkinləşmiş vəziyyətdə olur. Həyatının ilk 1-ci
ilində
dad bilmə analizatorları dilin üst səthində yerləşir, sonrakı
dövrlərdə yan tərəflərdə də yaranmağa başlayır.
Körpələrdə müşahidə olunan ilk mimiki hərəkətlər şərtsiz
reflekslərin nəticəsi olub, qidanın dadından asılıdır.
Şirin
qidalar sorma və mimiki hərəkətlər yaradır və müsbət
emosiya yaranır. Acı, turş və duzlu qidalar göz qapanmasına
və üzün büzüşməsinə səbəb olur.
43
Körpələrin dad bilmə analizatorları böyüklərə nisbətən
azdır. 6-10 yaşlı uşaqlarda dad duyğusu formalaşmış haldadır.
Embrional inkişafın 2-ci ayında qoxu bilmə analizatoru əmələ
gəlir, 8 aylıq dövrdə tam formalaşmışdır.
Yenicə doğulmuş körpələr həyatının
ilk günlərin-dən
qoxu duyma qabiliyyətinə malikdir və onlar qoxu qıcıqlarına
qarşı reaksiya verirlər. Qoxu duyğusu onlarda mimiki
hərəkətlər (xüsusən ana südünün qoxusu), bədən hərəkətləri,
ürək döyüntüləri və tənəffüs tezliyində dəyişkənlik yaradır.
Uşaqlar boy artdıqca qoxu analizatorları inkişaf edir. Lakin 5-
6 yaşlı uşaqların qoxu analizatorlarının həssaslığı
böyüklərlə
müqayisədə xeyli zəifdir.
Körpələr 2 aylıq olduqda qoxu qıcıqlarına olan şərti
reflekslər sürətlə inkişaf etməyə başlayır. Bu zaman
ixtisaslaşma gedir, yəni körpələr qoxuları seçir və ya ayırd
edə bilirlər. Dörd aydan başlayaraq
körpə uşaqlar qoxu
reaksiyalarını analiz edirlər.
Dostları ilə paylaş: