41
və sümük üstlüyündə yerləşən paççini cisimcikləri və s
aiddirlər. Oyanma hadisəsi Holci reseptorları və sinir əzələ
iyləri gərildikdə paçininin cisimciklərinə
təzyiq endirildikdə
baş verir. Yaranmış oyanma dalğası sinir impulsu şəkilində
əzələ və oynaqlarda xüsusi sinir lifləri ilə əvvəlcə onurğa
beyninin motoneyronlarına oradan isə beyin qabığının
sensomator mərkəzinə çatdırılır.
Sinir əzələ iyi və ya proprioreseptor qruluşa malikdir.
Onun ümumi uzunluğu 4- 11
mm bərabərdi Bir ucu əzələ
lifinə digəri isə vətərə bərkiyir. Məlumdur ki, bədənin fəzada
vəziyyəti haqqında alınan məlumat insanın hərəki
funksiyasının tənzimində həll edici rol oynayır. Bu
məlumatın alınmasında proprioreseptorlar
bilavasitə iştirak
edirlər.
Proprioreseptiv impulslar skelet əzələlərinin tonusunu
hərəkətin tezliyini qüvvəsini və vaxt müddətini nizamlayır.
Bundan başqa skelet əzələlərinin işi reflektor olaraq ürək
fəaliyyətinə qan damarı mənfəzinin
dəyişməsinə həzm və
ifrazat üzvlərinin fəaliyyətinə gözə çarpacaq dərəcədə təsir
göstərir. Belə təsir hesabına işləyən əzələ qruplarının qida
məhsulları və oksigenlə təminatı və eləcədə maddələr
mübadiləsi gedişatında əmələ gələn zəhərli və lazımsız
maddələrin orqanizimdən xaric olunması
normal vəziyyət
alır.
Dostları ilə paylaş: