34
5-6 yaşlı uşaqlarda ümumiləşdirmə reaksiyaları daha
çoxdur. Onlar analizedici qıcıqları söz vasitəsi ilə ayırd edə
bilirlər (təhlil edirlər). Uşaqlarda
gecikən reflekslər nadir
hallarda yaranır. Çox yayın və tənbəl uşaqlarda gecikən
ləngimə üstünlük təşkil edir.
Məktəbəqədər dövrdə uşaqlar daha çox söz anlayışına
reaksiya verməyə çalışırlar. Onlarda şərti ləngimə çətin alınır.
2.5. Məktəblilərin ali sinir fəaliyyəti
7-10 yaşlı uşaqlarda şərti reflekslərin alınması erkən
başlayır
və ilkin şərti reaksiyalar
istiqamətləndirici
möhkəmləndir-məyə əsaslanır. Onlarda davamsız şərti
reflekslər az, möhkəmləri isə çoxdur. Uşaqlarda fərdi olaraq –
müvazinətli və tez ləngiyən tiplərdə 12-14
təkrardan sonra
şərti reaksiyalar yaranmağa başlayır.
Bu yaş dövründə reflekslərin alınması oyanmanın
xarakterindən asılı olaraq dəyişir. Onların ləngimə xarakteri
də məktəbəqədər uşaqlardan fərqlənir. İnduksion
ləngimə
qıcıq müddətindən asılı olaraq dəyişir. Şərti ləngimənın
böyük mahiyyəti vardır. Onlarda differensial ləngimə sinir
hərəkəti yüksək səviyyədədir.
Dostları ilə paylaş: