OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Müxtəlif yaş dövründə hərəki fəaliyyətli funksional



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə18/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   68
Ar2018-2944 (1)

Müxtəlif yaş dövründə hərəki fəaliyyətli funksional 
sistemin formalaşma xüsusiyyətləri. Uşaqların ali sinir 
fəaliyyətini bir çox alimlər tədqiq etmişlər. Aşkar edilmişdir 
ki, bir yaşa qədərki dövrdə uşaqların ali sinir fəaliyyəti yuxarı 
yaşlı uşaqlardan və böyüklərdən, nisbətən fərqli olur. Bəzi 
hərəki sinirlərin zəif inkişaf etməsi nəticəsində, körpələrdə, 
şərti və şərtsiz reflekslərin alınmasının öz xüsusiyyətləri 
vardır. Südəmər körpələri xüsusi kameraya yerləşdirərək
onun hərəkət fəallığını xüsusi cihazlarla qeydə alırlar. Uşaq 
izolə edilir və ona heç bir başqa qıcıqlandırıcılar təsir 
etməməlidir. Şəkil 2.1. Körpələrdə müşahidə olunan şərti 
reflekslər əsasında möhkəmlənir. Körpələrdə təbii və süni 
şərti reflekslər yarana bilər. 
Təbii şərti reflekslər – həyatının 6-8-ci günlərində 
müşahidə olunmağa başlayır. Artıq körpələrin 8-9 günlərində 
qidalanma dövründən asılı olaraq tənəffüs prosesində qazlar 
mübadiləsi artır. İki aylıq körpələrdə başın hərəkəti və arayıçı 
hərəkətlər yaranır. Ömrünün 9-cu günü çox az şərti reflekslər 
yarandığı halda, 10 gündə - 26%, 11 gün - 66%, təbii 
reflekslər alınmağa başlayır. 


30 
Təbii şərti reflekslərin alınması sinir sisteminin inkişaf 
səviyyəsindən asılıdır. Buna görə də körpələri ilk günlərdən 
tərbiyələndirmək lazımdır. 
Şəkil 2.1. Körpə uşaqlarda şərti refleks almaq üçün qurğu 
Süni şərti reflekslər – süni qıcıqların təsirindən müxtəlif 
analizatorlarda oyanmalar bir qədər sonra yaranmağa başlayır. 
Həyatının birinci ayında körpələ-rdə eşitmə refleksi və 
vestibulyar oyanmalar yaranır. İkinci ayında isə dad və qoxu 
duyma şərti refleksləri, bir qədər sonra görmə və dəri taktil 
şərti refleksləri əmələ gəlir. 
Süni şərti reflekslərin yaranması, yaş dövrlərindən 
asılıdır. İlk dövrlərdə alınan reflekslər, bir-biri ilə əlaqədar 
olur. Şərti reflekslərin alınması bir neçə mərhələdən keçir. İlk 
mərhələ qeyri spesifik reaksiya adlanır. İkinci mərhələdə 
ləngimə, üçüncü mərhələdə sabit olmayan reflekslər, ən sonda 
sabit şərti reflekslər yaranır. Hər mərhələnin öz müddəti 
vardır və o, körpələrin yaşından, reseptorların xassəsindən, 
refleks-lərin 
alınma tezliyindən və körpələrin fərdi 
xüsusiyyət-lərindən asılı olaraq dəyişir. 


31 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin