OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə14/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   68
Ar2018-2944 (1)

Birinci tip- qüvvətli müvazinətsiz (qeyri münasib) tipdir. 
Bu tipə aid fərdlər qüvvətli oyanma və ləngimə reaksiyaları 
ilə fərqlənirlər, lakin oyanma reaksiyaları onlarda üstünlük 
təşkil edir. Cəsarətli, yüksək oyancıqlıq dərəcəsinə malik 
fərdlər məhz bu tipə aiddirlər. 
İkinci tip - qüvvətli müvazinətli durğun (inert) tipdir. Bu 
tipə aid fərdlərdə oyanma və ləngimə prosesləri arasında 
mütənasiblik vardır. Lakin, bu proseslərin mütəhərriklik 
dərəcəsi zəifdir. Ekstremal şəraitdə ləngimə, prosesləri bir 
qədər üstünlük təşkil edir. Bu fərdlərdə oyanma hadisəsini 
yaratmaq üçün daha böyük qıcıq qüvvəsindən istifadə 
edilməlidir. Odur ki, onlarda müsbət və mənfi şərti reflekslər 
kiçik sürətlə yaranır, lakin uzun müddət davam edərək 
sönmür. 
Üçüncü tip - qüvvətli müvazinətli mütəhərrik tipdir. 
Oyanma və ləngimə prosesləri arasında sabit mütənasibliyin 
mövcud olmasına baxmayaraq bu tipə aid fərdlərdə ekstremal 
şəraitdə həmin proseslərin biri digərinə keçməsində yüksək 
mütəhərriklik (ceviklik) aydın hiss olunur, yəni yüksək 
oyanacıqlıq vəziyyətindən asanlıqla normal psixi davranış 
vəziyyətinə keçirlər. Bu fərdlərdə şərti reflekslər asanlıqla 
yaranır və uzun müddət ərzində sönmür. 
Dördüncü tip- zəif tipdir. Bu tipə mənsub olan fərdlərdə 
oyanma və ləngimə prosesləri zəyifdir. Onların davranışında 


24 
xarici qıcıqların təsiri altında ləngimə vəziyyəti olduqca tez
yaranır. Yaranmış ləngimə böyük yarımkürələrin müxtəlif 
şöbələrinə asanlıqla yayılır (irradiasiya edilir). 
Sinir sisteminin belə tiplərə bölünməsi sxemi vaxtı ilə 
Hippokrat tərəfindən verilən temperamentlərin təsnifatına 
yaxındır. Ali sinir fəaliyyətinin tipləri həmin təsnifat əsasında 
müqayisə edildikdə müəyyən olunumuşdur ki, birinci tip 
xoleriklərə (Hippokratın təsnifatına görə), ikinci tip- 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin