OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Uşaqlarda nitqin inkişafı



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə20/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   68
Ar2018-2944 (1)

Uşaqlarda nitqin inkişafı. Uşaqlar danışmazdan əvvəl 
kənardan eşitdiyi sözlərə meyl etməyə başlayır. Qıcıqlanma 
və sözlər arasında müxtəlif əlaqələr yaranır. Uşaqlar eşitdiyi 
sözlərə uyğun olaraq əl, burun, barmaq, qulaq və. s. göstərir. 
Məşq nəticəsində uşaqlara müxtəlif hərəkətlər öyrədilir. 
Valideynlər körpələrə sual verərək ata, ana, nənə, baba və. s. 
göstərir. Bütün eşidilən sözlər baş və gözü istiqamətləndirir. 
Artıq 1-3 yaşlı uşaqlar hərəkətdən çox söz deməyə çalışır, 
müxtəlif əşyaların və qidaların adını deməyə başlayır. İki 
yaşlı uşaqlar 200, üç yaşlılar isə 400- dən çox söz ifadə edə 
bilirlər. Bu dövrdən başlayaraq sözlərin qrammatik 
düzülüşünə fikir verilməlidir. 
Uşaqların 
nitq 
prosesinin 
inkişafında 
hərəki 
analizatorların xüsusi rolu vardır. Hərəkət prosesi uşaqlarda 
söz ehtiyatını 1500-ə çatdırır. Hərəkət analizatoru nitqi 
möhkəmləndirir, afferent sinirlərin fəaliyyətini artırır. Hərəkət 


33 
və görmə analizatorların afferent sinirləri fəallaşdıqca yazı və 
şifahi nitq formalaşmağa başlayır. 
2.4. Məktəbəqədər dövrdə ali sinir fəaliyyəti 
 
Artıq 4-5 yaşlı uşaqlarda qida reflekslərinə əsaslanaraq 
bir çox şərti refleksləri almaq mümkündür. Bu dövrdə 
uşaqlara müxtəlif cihazlarla rəftar etmə üsullarını aşılamaq 
mümkündür. Uşaqlarda reflektor reaksiyaları reflekso-metrlə 
ölçmək olar. Uşaqlara hər hansı bir qidanı verdikdə onun 
reaksiya sürətini təyin edirlər. Bu zaman tutma reaksiyasından 
istifadə etmək çox səmərəlidir. 
Məktəbəqədər 
dövrdə 
uşaqların 
istiqamətləndirici 
reaksiyası yüksək olur. Onlar çoxlu sual verir və əşyaları hər 
tərəfli yoxlayırlar. Onlarda şərti reflekslərin alınma xarakteri 
sürətli olur. Onlar şərtsiz reflekslər əsasında asanlıqla şərti 
refleks yaradırlar. Hərəki şərti reflekslərin müddəti də onlarda 
qısadır. Bu dövrdə oyanma ləngimədan xeyli üstündür. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin