37
III FƏSİL
Uşaq və yeniyetmələrdə sensor sistemlərin
morfofunksional xüsusiyyətlərinin formalaşması
3.1. Sensor məlumat - uşaq və yeniyetmələrin
hərəkətlərinin idarə olunmasında inkişaf amili, əks əlaqə
kimi
Hərəki analizatorun mərkəzi
hissəsinin morfo-funksional
inkişafı insanın ana bətnindəki inkişaf dövrünün biriinci
yarısında (22- ci həftəsində) başlanır
və körpə doğulduqdan
sonra 8-12 yaşınadək davam edir. Bu vaxt qabıqaltı
mərkəzlərin inkişafı beyin qabığının lokomator mərkəzinə
nisbətən daha böyük sürətlə keçir.
Eyni zamanda hərəki
analizatorun funksional inkişafı nəzərə çarpır. Belə ki, hələ
antenantal dövrün 4-5- ci aylarında rüşeyimdə müsbət
proprireseptiv reflekslərin alınmasına nail olunur.
Bu onu
göstərirki, hərəki analizatorun morfoloji və funksional inkişafı
eyni zamanla yəni yanaşı keçir. Körpə doğulduqdan artıq 15-
20 gün sonra onlarda şərti proprireseptiv reflekslərin
yaranması müşahidə olunur. Uşağın sonrakı inkişafı
dövrlərində hərəki analizatorun fəaliyyəti mürrəkəbləşir.
Onun ayrı ayrı mərkəzləri arasında morfo-funksional rabitələr
möhkəmlənir. Məktəbyaşlı uşaqlarda proprioreseptorların
oyanıcığlıq səviyyəsi tədricən artır.
Bu göstərici məktəblinin
davranış xüsusiyyətlərindən asılıdır. Məs: bədən tərbiyəsi
dərslərində göstərilən fiziki fəallıq gəzintillər və s. Bu kimi
tədbirlər proprioresoptorların oyanıcığlıq həssaslığını artır. Öz
növbəsində hərəki analizatorun fəalığının
yüksəlməsi
şagirdin zehni əmək qabiliyyətinə müsbət təsir edir. Nəhayət
qeyd etmək lazımdır ki, yeniyetməlik və gənclik dövrlərində
38
əzələ işi zamanı ürəyin, ağciyərlərin
və digər daxili üzvlərin
fəaliyyətinin şərti reflektor olaraq artmasında hərəki
analizatorun rolu olduqca böyükdür.
Dostları ilə paylaş: