75
tezliyi 40-45 dəfə olur, idmançılar məşq edərkən onların ağ
ciyərlərinin tutumu artır.
Tənəffüs prosesinin dərinliyi qəbul olunan həcmdən
asılıdır. Körpələrdə tənəffüs səthi və tezliyi çoxdur. Bir yaşlı
uşaqların tənəffüs tezliyi gündüz – 50, yuxuda olarkən – 35
olur, iki yaşlılarda – 35, 4 yaşda – 25, 6 yaşda – 23 dəfədir.
Məktəblilərin tənəffüs tezliyi – 18-20 dəfədir.
Bir aylıq uşaqların tənəffüs həcmi – 30 ml, 1 yaşda – 70
ml, 6 yaşda – 156, 10 yaşda – 230 ml, 14 yaşda – 300 ml
havaya bərabərdir. Tənəffüs tezliyi yüksək olduğundan 1 kq,
kütləyə görə dəqiqə həcmi təyin edilir. Dəqiqə həcmi 1 dəqiqə
ərzində daxil olmuş havanın həcmini tənəffüs tezliyinin
hasilinə vurularaq hesablanır. Yenicə doğulmuş körpələrin
dəqiqə həcmi 650-700 ml. bir yaşda – 2600-2700 ml, 6 yaşda
– 3500, 10 yaşda – 4300 ml, 14 yaşda – 4900 ml, böyüklərdə
isə – 5000-5000 ml havaya bərabərdir.
Ağciyərlərin həyat tutumu. Sakit vəziyyətdə insan hər
dəfə 500 ml hava qəbul edir. Tənəffüs tezliyi artdıqda daha
1500 ml hava qəbul edir. Nəfəs vermədən sonra insan daha
1500 ml hava qəbul edə bilir. Beləliklə, həyat tutumu –
500+1500+1500=3500 ml. Həyat tutumu yaşdan, məşq və
cinsi mənsubiyyətdən asılı olaraq dəyişir. Kişilərin həyat
tutumu, qadınlardan çoxdur. İdmanla məşğul olan insanlarda
adi insandan xeyli çoxdur, yük qaldıran idmançıda 4000 ml,
futbolçularda 4200 ml, gimnastlarda 4300, üzügüçülərdə
4900, kürək çəkənlərdə 5500 ml-ə bərabərdir.
Uşaqların yaş dövründən və məşğuliyyətindən asılı
olaraq, ağciyərlərinin həyat tutumu dəyişir.
Dostları ilə paylaş: