71
VI. FƏSİL
Tənəffüs sisteminin yaş xüsusiyyətləri
Tənəffüs orqanizmlə xarici mühit arasında daima qazlar
mübadiləsini təmin edir,
orqanizmdə gedən mürəkkəb
reaksiyalar oksigenin iştirakı ilə gedir. Oksigensiz maddələr
mübadiləsi baş verə bilməz. Həyati prosesləri davam etdirmək
üçün oksigen tələb olunur. Oksidləşmə - reduksiya
reaksiyaları nəticəsində mürəkkəb maddələr parçalandıqda ara
məhsullar, o cümlədən karbon qazı
əmələ gəlir və o,
orqanizmdən çıxarılmalıdır.
Tənəffüs prosesində orqanizmlə xarici mühit arasında
qazlar mübadiləsi gedir, oksigen daxil olur və karbon qazı
çıxır. Bu proses ağ ciyərlərdə icra edilir. Oksigenin ağ
ciyərlərdən toxumalara gətirilməsini və toxumalardan karbon
qazının xaric edilməsini isə qan icra edir.
6.1. Tənəffüs orqanlarının quruluşu və onlarıın yaş
dəyişiklikləri
Tənəffüs sisteminin tənəffüs yolları və orqanları vardır.
Tənəffüs yolları burunla başlayır, o gələn və çıxan qazların
yoludur. Burun boşluğu – ağızda
xüsusi arakəsmə ilə
ayrılmış, öndə sərt damaq, arxada – yumşaq damaq sahələri
ilə əlaqəlidir. Burun dəliklərindən hava burun boşluğuna daxil
olur. Öndəki sahədə havadakı toz və bərk hissəcikləri tutmaq
üçün tüklər vardır (şəkil 52).
Burun boşluğu arakəsmə ilə sol və sağ hissəyə ayrılır, hər
birində – aşağı, orta və yuxarı burun axarları yerləşir.
Körpələr ilk yaşlarında burunla çətin nəfəs alır, 14-15 yaşlı
72
uşaqlarda tam formalaşmış olur.
Burun boşluğunun selikli
qişasında qan damarları çoxdur, onların hərəkətedici epiteli
vardır. Epitelidə selik ifraz edən vəzilər yerləşmişdir. Nəfəs
aldıqda toz hissəcikləri tutulur, hava isə qızır (isinir).
Burun boşluğlarında burun-udlaq sahəsi ilə birləşir.
Udlağın üstündə burun-udlaq yerləşir.
Udlaq boru şəkilli
olub, burun boşluğuna, ağız və qırtlaq sahələrinə açılır.
Buraya həm də eşitmə borusu açılır. Uşaqların udlağı geniş və
qısadır, eşitmə borusu bir qədər aşağıdadır. Tənəffüs
yollarının yuxarı
sahəsi xəstələndikdə, orta qulaqdakı
borularda da xəstəlik əmələ gəlir.
Qırtlaq – qığırdaq lövhələrdən təşkil olunmuş, oynaq və
əzələlərlə bir-biri ilə birləşmişdir. Burada ən böyük qığırdaq
lövhəsi – qalxanabənzər qığırdaqdır. Qırtlağın üstündə –
qığırdaq lövhə – qırtlaq qapağı yerləşir. O, udma zamanı
qırtlaq borusunu qapayır. Qırtlaq selikli qişa ilə
örtürülmüşdür, burada iki cüt yarım qövs qırışlar vardır.
Burada səs telləri və səs yarığı yerləşir. Onlar nitq prosesində
sözlərin yaranması üçün, müxtəlif səs titrəmələri çıxarır.
Kişilərin səs telləri, qadınlara nisbətən uzundur. Ona görə də
kişilərin səsi astadır. Uşaqların qırtlağı qısadır və 3 yaşında
formalaşır, cinsi yetkinlik dövründə müəyyən dəyişkənliyə
uğrayırlar. Kişilərdə 14-15 yaşlarında ulqum əmələ gəlir.
Dostları ilə paylaş: