69
və baş beyin yarımkürələrin qabığından alır. Xarici və daxili
qıcıqlar ürək fəaliyyətini reflektor olaraq oyadır. Ürək həm də
ürək avtomatizmi ilə özünü tənzim edə bilir.
Qan təzyiqinin artması aorta damarının divarlarını
genişləndirir, bu zaman damarları daraldan mərkəzin
fəaliyyəti zəif olur. Ürək fəaliyyəti tormozlandıqda
damarlar
yenidən bərpa olur, qan təzyiqi normal səviyyəyə düşür.
Yuxu arteriyalarının şaxələndiyi
sahədə xarici və daxili
sinokarotid refleks zonası yerləşir. Burada preprioseptorlar
yerləşir. Bunlarda öz növbəsində qan təzyiqini artırırlar.
Sinokarotid sinir oyanmaları uzunsov beynə çatdırır.
Ürək döyüntülərinə və damarların
fəaliyyətinə kimyəvi
maddələr təsir göstərir. Böyrəküstü vəzilərin hormonu –
adrenalin ürək döyüntülərinin tezliyini artırır; qan damarlarını
isə daraldır. Parasimpatik sinirin uclarındakı asetilxolin isə
damarları genişləndirir, ürək döyüntülərini azaldır, kalium
ionlarının artması
ürək fəaliyyətini zəiflədir, kalsium ionları
isə ürək döyüntülərini artırır və ürək fəaliyyətinə müsbət təsir
göstərir. Qan dövranının fəaliyyəti hormonların təsiri ilə
əlaqədardır və bu fəaliyyəti sinir sistemi tənzim edir.
Qan dövranı nəticəsində
orqanizmin bütün orqan və
toxumaları oksigen və qida maddələri ilə təmin olunur,
mübadilə zamanı yaranmış ara məhsulla və karbon qazı xarici
mühitə çıxarılır. Nəticədə qan təzyiqi normal səviyyədə qalır,
orqanizmin daxili mühiti sabit qalır.