83
başlayır və daimi dişlərlə əvəz olunurlar. 14-15 yaşında daimi
dişlərin hamisi çıxır, 24-30 yaşlarda ağıl dişləri çıxır. Elə
hallar olur ki yuxarı çənədə ağıl dişləri formalaşmır. Dişlərə
daimi
qulluq etməklə, sağlamlığımzı qorumuş olursunuz.
Dişlərin zədələnməsinə və çürüməsinə ən çox süd turşusu
təsir edir. Dişlərdə kariyesin yaranmaması üçün dişlərə qulluq
edilməli və düzgün qidalanmaq lazımdır.
Ağıza düşmüş qida tüpürcək
vəzilərinin fəaliyyətini
artırır. Tüpürcəyi əmələ gəlməsi reflektor xassəli olub, ağıza
düşmüş qidanın forma və kimyəvi tərkibindən,
yumşaq və
bərk olmasındanı asılı olaraq müxtəlifdir.
Ağızda üyüdülmüş və islanmış qida udlağa keçir və
oradan qida borusuna ötürülür, qida borusu əzələvi boru olub,
uzunluğu 25 sm-dir. Onun daxili selikli qişa ilə örtülmüş, çox
qatlı epitelidən əmələ gəlmişdir. Epitel toxuma qida borusunu
sərt qidalardan qoruyur. Burada həm də yan büküşlər var ki,
qidanın
həcmi iri olduqda, qida borusu genişlənə bilsin.
Mədə həzm sisteminin ən geniş sahəsidir, əyilmiş
kişəciyə
bənzəyir, tutumu 2
l-dir. Lakin bu həcm müxtəlif
insanlarda daha geniş ola bilər. O, qarın boşluğunda
asimmetrik yerləşmiş çox hissəsi sol tərəfə meyillidir. Onun
böyük və kiçik əyriliyi vardır. Mədənin girişi (kardial hissə),
dibi (funksional hissə) və çıxan (pillorik hissə) vardır. Mədə
12 barmaq bağırsağa açılır.
Mədənin daxili
divari selikli qişa olub, çox qatlıdır.
Burada külli miqdarda vəzilər yerləşir. Bu vəzilər mədə şirəsi
və hidrogen xlorid turşusunu ifraz edirlər. Mədədəki vəzilər
müxtəlif fermentləri – lipaza, kazinogen, pepsin və s.
sintez
edərək, zülalların parçalanmasını təmin edir.
Mədə şirəsi şəffav mayedir, turş xassəlidir,
orada selik
mayesi də vardır. Lakin mədə şirəsinin turşuluğu müxtəlif
84
insanlarda müxtəlifdir, o, daima dəyişir və yeniləşir. Qidanın
tərkibindən asılı olaraq onun ifraz olunma sürəti də dəyişir.
Yetkin insanlarda gün ərzində 1,2-2 litr mədə şirəsi ifraz
olunur. Buradakı pepsin xlorid turşusu təsirindən fəallaşır.
Lipaza isə sadə yağları parçalayır.
Mədədə qida 4-11 saat qala bilər və mədə şirəsi təsirindən
kimyəvi parçalanmaya məruz qalır. Qidanın yaxşı həzm
olunması üçün mədədəki əzələ sapları, qidanı mexaniki olaraq
hazırlanmasına yardım edir, qida qarışdırılır.
Dostları ilə paylaş: