80
VII FƏSİL
Həzm və ifrazat sisteminin yaş xüsusiyyətləri
Qidalanma prosesində orqanizmə mürəkkəb üzvi
maddələr – zülallar, yağlar və karbohidratlar daxil olur. Onlar
orqanizmin boy və inkişaf proseslərində tikinti materialı kimi
istifadə olunur. Ölmüş hüceyrələrin
yeniləri ilə əvəz
edilməsinə şərait yaradırlar. Bu maddələr həm də enerji
mənbəyi rolunu icra edirlər.
Qida ilə bərabər orqanizmə daxil olmuş mineral duzların
və suyun, vitaminlərin xüsusi rolu vardır.
Müxtəlif kimyəvi
və biokimyəvi reaksiyaların getməsi üçün,
qeyd etdiyimiz
maddələrin əhəmiyyəti əvəzsizdir. Mineral duzlar və su
istənilən miqdarda qəbul edilir və
onlar heç bir dəyişikliyə
uğramırlar, lakin zülal,
yağ və karbohidratlar, orqanizm
tərəfindən birbaşa mənimsənilə bilmirlər.
Həzm prosesi qidanın fiziki
və kimyəvi dəyişikliklərə
uğradıqdan sonra, sadə maddələrə çevrilərək sorulma və qana
keçmə mərhələləri ilə uzlaşır. Zülallar həzm prosesində amin
turşularına qədər, yağlar qliserin və yağ turşularına,
karbohidratlar isə qlükozaya qədər parçalanaraq, sadə
molekullara
çevrilirlər.
Qidanın
kimyəvi
yollarla
parçalanmasında fermentlər iştrak edirlər. Onlar zülal mənşəli
bioloji katalizatorlar olub.
Orqanizmin özündə sintez
olunurlar. Fermentlərin spesifik xassəsi vardır, yəni onlar
müəyyən quruluşlu maddələrə təsir edə bilirlər.
Fermentlər
həll olmayan və sorula bilməyən maddələri, həll olunan və tez
sorulan birləşməyə çevirə bilirlər.