74
Diafraqma yığıldıqda isə yastılaşır və yenə də döş qəfəsinin
həcminin artmasına səbəb olur. Dərindən nəfəs alarkən digər
əzələlər və boyun əzələləri iştrak edir, qapalı sistemdə
yerləşən ağ ciyərlər nəfəs alma və vermə zamanı passiv olaraq
hərəkət etməyə məcburdur. Bu zaman ağciyərlərdə mənfi
təzyiq yaranır və bu təzyiq atmosfer təzyiqindən aşağıdır.
Nəfəs aldıqda təziq 9-12 mm c. s., nəfəs verdikdə isə,
atmosfer təziqindən 2-6 mm c. s. aşağı olur.
Döş qəfəsi sürətlə inkişaf etdiyindən ağ ciyərlər daima
gərilmiş vəziyyətdədir. Onların elastiki liflərinin qüvvəsi
daima yığılmağa çalışır. Ağ ciyərlərin ətrafındakı təzyiq
atmosfer təzyiqinə bərabər olur. Plevra boşluğunda əmələ
gəlmiş mənfi təzyiq döş qəfəsi genişləndikdə, o da genişlənir,
ağ ciyərlər gərilirlər. Atmosfer havası hava yolları ilə ağciyərə
dolduqda, onu döş qəfəsinə çıxır.
Tənəffüs əzələləri boşaldıqda isə qabırğalar ilk vəziyyətə
düşür, diafraqmanın zirvəsi qalxır, ağ ciyərlərin həcmi azalır
və hava xaricə çıxır. Dərin nəfəs vermədə qarın əzələləri,
qabırğaların daxili əzələləri və s. iştrak edir.
Dostları ilə paylaş: