87
orqanizm tərəfindən istifadə edilir, digərləri isə xaric olunur.
Ağ ciyərlərdən karbon qazı, su və digər uçucu maddələr,
bağırsaqlardan müxtəlif duzlar, orqanizm üçün lazım olmayan
qida qalıqları,
tər vəziləri vasitəsi ilə - su, duz və üzvi
maddələr bədəndən kənarlaşdırılır.
Orqanizmdə əsas ifrazat orqanı böyrəklərdir. Onlar
orqanizmdən su, duz, ammonyak,
sidik turşusu, və s.
çıxarırlar. Böyrəklər orqanizmdə qanın osmotik xassəsini
tənzim edirlər. Böyrəklərlə həm də müxtəlif zəhərli maddələr
xaric olunur. Onlar qanın xassələrini tənzim edərək, qanda
toplanan turş və qələvi xassəli maddələri orqanizmdən çıxarır.
Qanın tərkibindəki natrium və kalium ionları
ammonium
duzlarını əmələ gətirərək, sidiklə bərabər orqanizmdən xaric
edilir.
Böyrəklərin quruluşu. Böyrəklər cüt orqan olub, paxla
şəkilli, sol və sağ taylardan ibarətdir. Kütlələri 60-120 qrama
qədərdir.
Onlar XII döş, I və II bel fəqərələri səviyyəsində,
onurğa sütunun sağ və solunda yerləşmişdir. Sağ böyrək, sol
böyrəklə müqayisədə 2-3 sm aşağıdadır. Böyrəklərin yuxarı
səthində böyrək üstü vəzilər yerləşirlər. Böyrəklər daxilə
doğru əyilərək – böyrək qapısını əmələ gətirir. Buraya böyrək
arteriyası daxil olur, böyrək venası və sidik axarları çıxır
(şəkil 48).
Böyrək xaricdən sıx fibroz
pərdə ilə əhatə olunmuşdur,
daxildə piy toxuması, və ya piy kapsulası vardır. Onun
quruluşu mürəkkəbdir, xarici və daxili qatları vardır. Xarici
qat tünd rəngli olub – qabıq, daxili qatı isə nisbətən açıq
rəngli olub – beyin qatı adlanır.
Qabıq qatı böyrəyin xaricini örtərək,
sütünlar şəklində
beyin qatına daxil olub, 15-20 ədəd böyrək piramidası
yaradır. Piramidanın əsası qabıq qata, zirvəsi isə böyrək
88
ləyənlərinə yönəlmişdir. Qabıq qat tünd boz-qonur rəngli
olub, qalınlığı 5-7 mm, beyin qatı açıq rənglidir.
Böyrəklərin quruluş vahidi – nefrondur.
Hər bir
böyrəkdə 1 mln civarında nefron vardır. Nefronlar qabıq
maddədə mikroskopik kapsula əmələ gətirmiş, daxilində qan
kapillyarlarından yumaqcıq yaranmışdır. Kapsula boşluğunda
kanalcıqlar (borucuqlar) vardır, onlar əyilərək beyin qatına
keçir. Kapsula ikiqat membrana malikdir.
Beyin qatında borucuqlar əyilərək yenidən qabıq qata
qayıdır və yenidən toplayıcı böyrək borucuğuna birləşir. 2-3
böyrək kanalcığı birləşərək, axarlar yaradır və onlar
qədəhlərdə birləşir. Qədəhlər kiçik və böyük formadadır.
Onlar birləşərək böyrək ləyəninə keçirlər.
Böyrək ləyənləri
qıf şəklindədir, bura gəlmiş sidik, sidik axarlarına dolur.
Böyrək borucuqlarının uzunluğu – 30 mm olur, ümumi
uzunluğu 130-135 km təşkil edir. Hər gün böyrəklərdən 150-
170
litr qan süzülür, nəticədə normal halda, 1,5-2,0
l sidik
ifraz olunur.
Dostları ilə paylaş: