Su balansı, hər hansı bir su obyekti və ya əraziyə müəyyən zaman



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix27.11.2022
ölçüsü0,69 Mb.
#70882
  1   2   3
Qlobal ekologiya



MÖVZU
:
Dünyanın su balansı



Su balansı, hər hansı bir su obyekti
və ya əraziyə müəyyən zaman 
intervalında daxil olan və oradan 
çıxan su miqdarının nisbətini
göstərir. Əslində su balansı qlobal
hidroloji dövranın kəmiyyət
xarakteristikasıdır və onun əsas
elementləri (yağıntı, buxarlanma
və axım) çoxillik dövr üçün 
ortalaşdırılmışdır.


• İstənilən ərazinin hər hansı bir 
zaman intervalı üçün su balansı tənliyi
aşağıdakı kimi yazılır.

P + R`
s
+ R`
y
= E + R
s
+ R
y
± ∆S

Burada P- atmosfer yağıntıları, E-
cəm buxarlanma, R
s
və R
y
- baxılan
ərazidən müvafiq olaraq yerüstü və
yeraltı axım, R`
s
və R`
y
- baxılan
əraziyə müvafiq olaraq yerüstü və
yeraltı axım, ∆S- ərazidə su 
ehtiyatının dəyişməsidir.



Bu bərabərliyin sol tərəfindəki hədlər ( P; R`
s
; R’
y
) su balansının 
gəlir hissəsinin, sağ tərəfdəki hədlər ( E; R
s
; R 
y
) isə su 
balansının çıxar hissəsinin elementləri adlanır. Adətən su balansı 
tənliyinin bütün elementləri millimetrlə ifadə olunur.


• Bu qarşılıqlı əlaqə iki istiqamətlidir. Bir tərəfdən çay, göl və başqa su 
obyektlərindən səth suları filtrasiya olunaraq yeraltı suların ehtiyatını
artırır, digər tərəfdən isə əksinə, yeraltı sular çay, göl, və başqa
yerüstü su obyektlərinə süzülərək onların qidalanmasında iştirak edir. 
Yeraltı suların çaylara axımı çay hövzələrinin su balansı və su 
ehtiyatlarının mühüm tərkib hissələrindən biridir. Çay axımının
formalaşmasında yeraltı suların iştirakını kəmiyyətcə qiymətləndirmək
üçün çayın yeraltı sularla qidalanma əmsalından istifadə olunur. Bu 
əmsal yeraltı axımın ümumi çay axımına nisbəti (%-lə) kimi təyin
olunur. Nəzəri cəhətdən bu əmsal sıfır faizlə 100% arasında dəyişir.


• Real təbii şəraitdə çayların yeraltı sularla qidalanma əmsalı 5-
10%-dən 50-60%-a kimi qiymətlər alır və Yer kürəsinin bütün çayları 
üçün orta hesabla 30%-ə bərabərdir. Qitələr üzrə bu rəqəm 24-35% 
arasında dəyişir. Ən kiçik qiymətlər daimi donuşluq zonası və
yeraltı sular dərində yerləşən quraq rayonlar üçün səciyyəvidir. Bu 
əmsalın qiymətləri dağlıq rayonlarda ətraf düzən rayon larla
müqayisədə daha böyük olur. Əksər dağ çayları üçün yeraltı sularla 
qidalanma əmsalı 40-60% təşkil edir. Azərbaycan çayları üçün bu 
əmsal 2-71% arasında dəyişir. Rütubətlənmə şəraiti əlverişli. Çay 
şəbəkəsi sıx və yeraltı suların səviyyəsi yerin səthinə yaxın olan 
düzənliklərdə də yeraltı sularla qidalanma əmsalı böyükdür (40-
50%).


• Dünya okeanına ümumi çay 
axımının 17%-i düşür. Qeyd
etmək lazımdır ki, su 
qurudan okeana yalnız çaylar 
vasitəsilə deyil, həm də
birbaşa yeraltı axım şəklində
daxil olur. Çayların 
qidalanmasında iştirak 
etməyən bu yeraltı suların 
miqdarı 2400 km³ təşkil
edir. Qurudan okeanlara cəm
axım (çay axımı, yeraltı axım
və buz axımı) 44200 km³/il 
təşkil edir



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin