Atmosfer yağıntıları
Qurunun istənilən ərazisinə düşən yağıntılar P, şərti olaraq iki növə
bölünə bilər, baxılan ərazidən buxarlanan sudan əmələ gələn yağıntılar
P
1,
və əraziyə kənardan, əsasən okeanlardan daxil olan su buxarından
yaranan yağıntılar P
2.
P = P
1
+ P
2
Əraziyə düşən cəm yağıntıların kənardan daxil olan su buxarı hesabına
yaranan yağıntılara nisbəti rütubət dövranı əmsalı, K adlanır.
K = P
1
+ P
2
/ P
2
Bu əmsal həmişə birə bərabər və birdən böyükdür. Sahəsi 1 mln km²-
dən kiçik olan ərazilərdə bu əmsalın qiyməti kiçikdir.
Yağıntıların ən böyük qiymətləri
bütün qitələrdə 0-10° şimal və
cənub enliklərində qeydə alınır
(2700-3000 mm). Ən quraq yerlər isə
Afrikada Böyük səhra (40-200 mm),
Avstraliyada Vik toriya və Böyük
Qumlu səhralar (320 mm), Asiyada
Çin, Monqolustan və Orta Asiyanın
səhra və yarımsǝhraları (370 mm).
Şimali Amerikada Kanada Arktik
Arxipelağıdır (270 mm). Antarktidada
illik yağıntıların orta qiyməti 175-180
mm, maksimal qiyməti 600-700 mm
(sahil zonada), minimal qiyməti isə
30-50 mm-dir (mərkəzi hissədə).
Quru səthindən buxarlanma təkcə meteoroloji şəraitdən yox, həm də
səthin rütubətlik dərəcəsindən asılıdır.. Bütün qitələrdə buxarlanmanın
ən böyük qiymətləri ekvatorial enliklərdə qeydə alınır. Həm istilik, həm
də rütubət çox olan bu ərazilərdə buxarlanmanın orta illik qiyməti 900
1100 mm, maksimal qiyməti isə 1250 mm təşkil edir. Ekvatorial zonadan
şimal və cənub istiqamətlərdə buxarlanma azalır. Şimal yarımkürəsinin
40-60° enliklərində buxarlanma 300-500 mm arasında dəyişir. Dağlıq
rayonlarda hündürlük artdıqca radiasiya balansı azaldığından,
buxarlanma hər 100 m-də 10-20 mm azalır. Lakin atmosfer sirkulyasiyası
və okean cǝrǝyanlarının təsiri altında buxarlanmanın zonal paylanması
əhəmiyyətli dərəcədə pozulur. Həm şimal, həm də cənub
yarımkürələrində buxarlanmanın ən böyük qiymətləri 10-20° enlikdə
müşahidə olunur. Bu en liklərdə passat küləklərinin sürəti daha da artır
və antisiklonik hava rejimində hava kütlələri çox quru olur. Burada illik
cəm buxarlanma 2000 mm təşkil edir.
Hər il Dünya okeanı səthindən 502,5 min km³ buxarlanır. Daha 75
min km’ su quru ərazilərdən buxarlanır. Bu axırıncı rəqəmə
qurudakı su obyektlərindən (göllər, bataqlıqlar, çaylar və s.)
buxarlanma da daxildir. Buxarlanan su (su buxarı) atmosferə daxil
olduqdan sonra turbulent diffuziya nəticəsində yuxarı qalxır və
hava axınları ilə bir yerdən başqa yerə daşınır. Rütubətli havanın
temperaturu aşağı düşdükdə su buxarı kondensasiya olunaraq bərk
və ya maye hala keçir və yağıntı şəklində yerə düşür. Okeanların
səthinə düşən illik cəm yağıntıların miqdarı 458 min km³ təşkil
edir. Bu okean səthindən buxarlanan sudan əhəmiyyətli dərəcədə
(44,5 min km³) azdır. Okeandan buxar lanan suyun bu hissəsi hava
axınları ilə quruya daşınır və orada qurunun səthindən buxarlanan
sularla birlikdə çayları, gölləri, buzlaqları, yeraltı su laylarını
qidalandırır. Beləliklə, biosferin inkişafı və insanın təsərrüfat
fəaliyyəti üçün şərait yaranır.
Quruda əmələ gələn sular il ərzində tam həcmdə çay və
buz axımı, həmçinin yeraltı axım şəklində okeanlara qayıdır
və qlobal hidroloji dövran tamamlanır. Qurunun səthinə hər
il təqribən 119 min km³ yağıntı düşür. Bunun 35%-i çay və
buz axımına sərf olunur. Qalanı isə buxarlanır və ya yeraltı
suları qidalandırır. Bu yeraltı sular birbaşa okeanlara axır.
Böyük su dövranından başqa kiçik və ya yerli su dövranları
da var (okeanlar və qitələr üçün). Daxili axarsız ərazilər (30
mln km) Dünya okeanına axım vermir və burada düşən
yağıntılar bütövlükdə buxarlanmaya sərf olunur.
ƏDƏBİYYAT
F.Ə. İmanov, V.A.Məmmədov, İ.M.Abdullayev. Hidrologiya. Bakı,
«MBM», 2014.- 564 s.
https://az.m.wikipedia.org/wiki/Su_balans%C4%B1
Dostları ilə paylaş: |