Su balansı, hər hansı bir su obyekti və ya əraziyə müəyyən zaman


Səth suları və yeraltı suların qarşılıqlı əlaqəsi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix27.11.2022
ölçüsü0,69 Mb.
#70882
1   2   3
Qlobal ekologiya

Səth suları və yeraltı suların qarşılıqlı əlaqəsi
• Səth suları və yeraltı 
suların qarşılıqlı əlaqəsi
planetimizdə baş verən
mühüm su mübadiləsi
proseslərindən biridir. Bu 
proses bütün qitə və
okeanlarda gedir və
hidrosferin tarixi boyu 
həmişə mövcud olub.


Quru və okean arasında su mübadiləsi
Okeanlardan quruya rütubətin daşınmasında Atlantik okeanın
rolu daha böyükdür. Bu okeanın hesabına bütün Avropa, Asiya, 
Şimali Amerika, Mərkəzi və Cənubi Amerika, Afrikanın geniş 
əraziləri rütubətlənir. Okeanlardan quruya hər il orta hesabla
100600 km³ rütubət daxil olur. Bunun 34%-i quru üzərindən
keçərək orada yağıntı vermir və yenidən okean üzərinə qayıdır. 
Qitələrdə cəm advektiv yağıntıların illik miqdarı 66000 km³ 
təşkil edir. Okeanlar həm quruya rütubət verir, həm də ondan 
rütubət alır. Bu, çay axımı və yeraltı axım vasitəsilə baş verir.



Həmçinin qurudan buxarlanan suyun bir hissəsi də okeanların
üzərinə daşınır. Qurudan okeanlara daxil olan şirin suların 
böyük hissəsi iri çay sistemlərinin payına düşür. Quruda əmələ
gələn çay axımının bir hissəsi okeanlara çatmır. Bunun iki 
səbəbi var. Birinci səbəb odur ki, qurunun təqribən 20%-ni
Dünya okeanı ilə əlaqəsi olmayan daxili axarsız ərazilər tutur. 
İkinci səbəb isə çay axımının təsərrüfat məqsədləri üçün 
istifadəsidir. Bütün qurudan okeanlara cəm axımın illik 
kəmiyyəti 39500 km³ təşkil edir. Cənubi Amerika və Asiyadan
axım ən çox, Avstraliya və Okeaniya və Avropadan isə ən azdır.




Quruda cəm buxarlanmanın ən kiçik qiymətləri arktik adalar və
tropik səhralar üçün səciyyəvidir. Bu ərazilərdə müvafiq olaraq
istilik və rütubət çatışmır. Planetimizdə quru səthindən
buxarlanmanın orta illik qiyməti 470 mm təşkil edir.



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin