Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   2   3   4   5   6   7   8   9   ...   35
valyuta

2008-2011 (proqnoz)-ci illər üzrə monetar
proqnozlar (ilin sonuna) 
 
2008* 
2009 
2010 
2011 (proqnoz) 
Baza inflyasiya, % 
6 
5-7 
5-7 
5-7 
Valyuta ehtiyatları, mln. $-la 
880 
1000 
1100 
1200 
Geniş pul kütləsi, (M-3 pul 
aqreqatı), mlrd. manatla 
artım tempi, %-lə
7200 
41
9600 
33
12500 
30
16200 
30
Manatla pul kütləsi, (M-2 pul 
aqreqatı), mlrd. manatla 
artım tempi, %-lə
3250 
25
4500 
38
5800 
29
7300 
26
Bank sistemində cəmi 
depozitlər, mlrd. manatla 
artım tempi, %-lə
5100 
67
6600 
30
8800 
33
12000 
36
Ə
halinin əmanətləri, mlrd. 
manatla 
artım tempi, %-lə
2000 
59
3200 
60
5400 
69
9000 
67
Kredit qoyuluşları, 
mlrd.manatla 
artım tempi, %-lə
4700 
40
6100 
30
8200 
34
11000 
34
*Gözlənilən
Struktur tədbirlər. Təhlillər göstərir ki, cari ildə Azər-
baycanda inflyasiyanın yalnız 40%-i monetar faktorlar ilə izah 
olunur. Ötən ilə nisbətən monetar amillərin təsirinin artmasına 
baxmayaraq inflyasiyaya təsir göstərən qeyri-monetar amillərin 
xüsusi çəkisi əhəmiyyətli olaraq qalmaqdadır. Qeyri-monetar 
faktorlar inzibati qaydada tənzimlənən qiymətlərin təsirini və 
mövcud rəqabət şəraitinin çatışmazlıqlarını özündə əks etdirir.
Bu baxımdan makroiqtisadi sabitlik üzrə təyin olunmuş 
hədəflərə nail olmaq üçün 2006-cı ildə bir sıra struktur prob-
lemlərin həlli mühüm rol oynamışdı:
- Ölkədən maliyyə kapitalının çıxması rejiminin müəyyən 
dərəcədə sərbəstləşdirilməsi, bu məqsədlə fiziki və hüquqi 


18
şə
xslərin yalnız yüksək reytinqli xarici maliyyə aktivlərinə in-
vestisiya yerləşdirmələri rejiminin liberallaşdırılması;
- Dövlət müəssisələrində maliyyə intizamının gücləndiril-
məsi, onların büdcələrin təsdiq olunması və korporativ stan-
dartların tətbiqi, eləcə də maliyyə planlarının və investisiya 
proqramlarının təhlili əsasında məsrəflərin azaldılması;
- Enerji, qaz, su və digər təbii inhisar məhsul və xidmət-
lərinə görə yığım əmsalının əhəmiyyətli artırılması proqramı-
nın hökumət səviyyəsində təsdiq olunması;
- Neft gəlirlərinin istifadəsinin artması şəraitində dövlət 
müəssisələri tərəfindən dövlət zəmanəti ilə və dövlət zəmanəti 
olmadan xarici kreditlərin cəlb olunmasının selektiv məhdud-
laşdırılması;
- Büdcə vəsaitlərinin il ərzində aylar üzrə bərabər propor-
siyada xərclənməsinin təmin edilməsi, ortamüddətli dövlət in-
vestisiya proqramının tərtib olunması, bu proqrama iqtisadiy-
yatın tələb etdiyi və effektiv həyata keçirilə bilən investisiya 
layihələrinin daxil edilməsi;
2006-2007-ci illərdə hər fəaliyyət göstərən bank üzrə məc-
mu kapitalın 50 mlrd. manata çatdırılması nəzərdə tutulur ki, bu 
da maliyyə resurslarının daha aktiv cəlb edilməsi, daha etibarlı 
və sağlam bank fəaliyyətinin təmin edilməsinə imkan verə-
cəkdir.
Struktur tədbirlərlə bağlı Milli Bank aşağıdakı tədbirləri 
həyata keçirməlidi: 
- Neft gəlirlərinin istifadəsindən qaynaqlanan izafi pul-
ların yığıma yönəltmək və bununla da istehlak bazarına təzyiqi 
azaltmaq üçün yığıma meyilliliyin stimullaşdırılması tələb olu-
nur. Bunu üçün Milli Bank əmanətlərin sığortalanması mexa-
nizminin işə düşməsi üçün səylərini artırmalı;
- Kredit bumu şəraitində bank sistemində korporativ ida-
rəetmə prinsiplərinin tətbiqi, bank nəzarətinin institusional və 
texnoloji inkişafı, onun potensialının genişləndirilməsi üzrə 
tədbirlər davam etdirilməli;


19
- Ölkədə maliyyə resurslarının istehlak sferasından yığı-
ma yönəlməsini stimullaşdırmaq üçün maliyyə bazarının bütün 
seqmentlərinin hüquqi və institusional bazasının, onların inf-
rastrukturunun inkişafında Milli Bank aidiyyatı qurumlar ilə 
birgə səylərini davam etdirməlidir.
III. Beynəlxalq maliyyə təşkilatları və onların əməliyyatları. 
Beynəlxalq maliyyə təşkilatları inkişaf edən dünyanın, 
kapital təminatının və s. əməliyyatların əsas punktudur. Ölkələ-
rin ehtiyatları dünya kapital axınının 75%-dən çoxu müxtəlif 
inkişaf proqramlarını həyata keçirmək üçün dünyanın bütün öl-
kələrinə daxil olur. İqtisadi inkişaf proqramı ilə dünya yoxsul-
luğunu aradan qaldıran real təşkilat beynəlxalq maliyyə təş-
kilatlarıdır. 
Beynəlxalq maliyyə təşkilatlarının üzləşdiyi çətinliklər-
dən biri 1991-ci ildə olmuşdu. Bu dövrdə SSRİ dağıldıqdan 
sonra Azərbaycanda özəlləşdirmə işlərində böyük rol oynamış 
və bazar iqtisadiyyatına keçid ölkələrində müvəffəqiyyətli işlər 
aparmışdı. Məhz bu ölkələrin iqtisadi inkişafında əsas rolu 
beynəlxalq maliyyə təşkilatları oynamışdı. 
Beynəlxalq maliyyə təşkilatlarının missiyası bütün dün-
yada kasıbçılığı aradan qaldırmaq və dayanıqlı iqtisadi inkişaf 
sektorunda başlıca rol oynamaqla yaşayış standartlarını təkmil-
ləşdirməkdir. Onların əməkdaşlıqda əsas məqsədi inkişafa 
çatmaqdır. 
Bu məqsədə çatmaq üçün isə əsas alətləri: istiqraz və 
səhmlər, öz resursları ilə birgə səfərbərliyə alınmış kapital, məs-
ləhət və texniki servizlər, informasiya çatdırılması və s. Son 
illər isə bu xidmətlər təkmilləşməkdədir. 
Beynəlxalq maliyyə təşkilatlarının göstərdiyi fəaliyyət 
yalnız güclülərin maraqlarından irəli gələn yox, həm də kasıbların 
maraqlarını əks etdirən şərtlərinin müəyyən edilməsi sahəsində 
beynəlxalq maliyyə institutlarının göstərdiyi cəhddir. Onlar 
Yoxsulluğun Azaldılması Strategiyasının həyata keçirmək yö-


20
nümündə maliyyə vəsaiti ilə dəstəklənən məqsədlər toplusunu 
həyata keçirir.
Beynəlxalq maliyyə təşkilatlarından ən mühümü Bey-
nəlxalq Valyuta Fondudur. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir 
ş
tatının Bretton-Vuds əyalətində BMT-nin valyuta konfransın-
da qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı 
təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı in-
kişafa şərait yaratmaq, bununla da üzv ölkələrin iqtisadi yüksə-
lişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət 
etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarazalıqları 
aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla 
da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri ara-
dan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik 
törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılması-
na kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə institutu-
dur. BVF-nun ali rəhbər orqanı İdarəedicilər Şurasıdır. Bu şu-
rada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təm-
sil olunur. Bunlar adətən maliyyə naziri və Mərkəzi Bankın 
sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şura-
dır. Fondun idarəedici direktorlarının sayı 24-dür. BFV-da ən 
çox səsə malik ölkələr aşağıdakılardır: ABŞ-17.78%, Almani-
ya-5.58%, Yaponiya-5.53%, Böyük Britaniya-4.48%, Fransa-
4.98%, Səudiyyə Ərəbistanı-3.45%, İtaliya-3.09%, Rusiya-
2.9%. Bu fond əsasən iki məqsədə xidmət edir: tədiyyə balan-
sındakı qeyri-tarazlığı aradan qaldırmaq, büdcə xərclərinin kre-
ditləşməsi başda olmaqla, ölkənin makroiqtisadi stabilliyinə 
yönəldilən tədbirlərin həyata keçirilməsi. Qeyd edək ki, üzv 
ölkələrin cəlb etdikləri kreditin həcmi kvotanın 25%-dən çox 
ola bilməz. Bundan yuxarı həcmdə kredit verilməsi isə BVF-
nun direktorunun razılığından asılıdır və bir qayda olaraq bu 
elə həmin ölkənin ümumiqtisadi, eləcə də, maliyyə siyasətinin 
təhlili əsasında həyata keçirilir. Ümumiyyətlə BVF kredit 
müraciət əsasında və ölkənin iqtisadi durumunu qiymətləndir-
dikdən sonra verir. Üzv ölkələrin məqsədli layihələri həyata 


21
keçirmək üçün onların qarşısında bir sıra şərtlər qoyulmuşdur. 
Kredit vəsaitləri yalnız bu şərtlərin reallaşmasından sonra hə-
yata keçirilir. Üzv ölkələrin qarşısında duran şərtlər aşağı-
dakılardır: beynəlxalq ticarət fəaliyyətində valyuta məhdudlaş-
dırılmalarına, hissə-hissə üzən valyuta sisteminin tətbiq edil-
məsinə, eləcə də möhtəkir xarakterli kapital hərəkətinə yol ver-
məmək, dövri olaraq ölkənin maliyyə və iqtisadi durumu haq-
qında fonda məlumat vermək, məqsədli devalvasiya siyasətinə 
zəruriyyət yarandıqda, devalvasiya dərəcəsini fonda bildirmək 
və s. Fonda üzv olan ölkələr üzərinə götürdükləri məsuliyyəti 
yerinə yetirmədikdə, bir sıra cəza tədbirlərinə məruz qalırlar. 
Belə ki, bu maliyyə qurumu həmin ölkələrə kredit verilişini da-
yandıra, hətta onları üzvlükdən uzaqlaşdıra bilər. Ümumiyyətlə 
tətbiq edilən cəzaların ağırlığı öhdəliklərdən yayınmanın səviy-
yəsindən asılıdır. 
Beynəlxalq maliyyənin daha bir mühüm təşkilatı Bey-
nəlxalq İnkişaf və Yenidənqurma Bankıdır. BİYB 1944-cü ildə 
Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yaradılmışdı. BYİB-nın 
ali rəhbər orqanı İdarəedicilər Şurasıdır və onun Direktorluğu-
dur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şu-
rada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təm-
sil olunur. Bunlar adətən maliyyə naziri və Mərkəzi Bankın 
sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şura-
dır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümi kapi-
talının 20%-dən çox hissəsi ABŞ-ın payına düşür. Dünya Ban-
kının qərargahı Vaşinqtonda yerləşir. Əsasən Dünya Bankının 
məqsədi aşağıdakıları əhatə edir: 
a)
üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardımçı olmaq; 
b)
xarici maliyyə qaynaqlarından daxil olan investisiya 
vəsaitləri ilə üzv ölkəri təmin etmək;
c)
ölkələrin xarici dövlət borcu mexanizmni normal hala 
gətirmək və bu yöndə meydana çıxan əsaslı çətinlikləri aradan 
qaldırmaq;


22
d)
ölkələr üçün daha sərfəli investisiya mənbələrini müəy-
yən etmək və beynəlxalq iqtisadi tarazlığı təmin etmək;
e)
üzv ölkələrin yerli şirkətlərinin maliyyə mənbələrinə 
yaranan ehtiyacın aradan qaldırılması və s.
Bu maliyyə qurumu öz tərkibində Beynəlxalq Yenidən-
qurma və İnkişaf Bankı (BYİB); Beynəlxalq İnkişaf Assosiasi-
yası (BİA); Beynəlxalq Maliyyə Korporasiyası (BMK); İnves-
tisiya Zəmanəti üzrə Çoxtərəfli Agentlik (İZÇA)-yi birləşdirir.

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin