Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   2   3   4   5   6   7   8   9   ...   35
valyuta

slam İnkişaf Bankı (İİB) 
Azərbaycan İİB-yə1992-də qoşulmuşdur. İİB-nin fəaliy-
yətləri kanal və drenaj sistemlərinin bərpası, enerji istehsalının 
artırılması və mühüm yolun inşası vasitəsilə kənd təsərrüfatının 
inkişaf etdirilməsinin təkmilləşdirilməsinə yönəldilmişdir. Bank 
infrastrukturun və aqro sənaye sahələrinin qurulması ilə bağlı 
texniki yardım fəaliyyətlərini maliyyələşdirmişdir. İİB-nin həyata 
keçirdiyi investisiyalara AYİB ilə birlikdə Mingəçevir Enerji 
Layihəsinin maliyyələşdirilməsi (bunun üçün 12,5 milyon ABŞ 
dolları məbləğində kredit ayırmışdır) daxildir. Bu layihəyə 
Mingəçevir Su Elektrik Stansiyasının avadanlıqlarla təchizatı, 
habelə 110 kv-lıq ötürücü xəttin və yeni stansiyanın qurulması 
daxildir. 
BMT-nin İnkişaf Proqramı (UNDP) 
BMT-nin İnkişaf Proqramı Azərbaycanda 1993-cü ildən 
təmsil olunur. Bu günə kimi UNDP ümumi dəyəri 31 milyon 
ABŞ dollarından çox olan 60-dan artıq proqram və layihə hə-
yata keçirmişdir. İlk dövrdə qurumun fəaliyyətləri əsasən mü-
naqişədən sonrakı dövrdə yardım, fövqəladə hallarda xilasetmə 
və yenidənqurma sahələrinə yönəldilmişdir. UNDP Dünya 
Bankı və UNHCR ilə birlikdə müharibənin təsirlərinə məruz 
qalmış ərazilərdə həyata keçirilən tədbirlərin əlaqələndirilməsi, 
milyona yaxın qaçqın və köçkün kateqoriyasından olan insanın 


28
müvəqqəti yerləşməsinə dəstək verilməsi və əhalinin zəif ka-
teqoriyaları üçün gəlir gətirən fəaliyyətlərin təşkili üçün məsul 
olan Azərbaycan Yenidənqurma və Bərpa Agentliyini təsis 
etmişdir. UNDP həmçinin Azərbaycanda Minalara Qarşı Milli 
Agentliyin (ANAMA) təsis edilməsinə şərait yaratmış Mina-
lara qarşı Milli fəaliyyət Proqramının hazırlanmasında aparıcı 
rolu öz üzərinə götürmüşdür. Bu gün UNDP-nin Azərbaycan-
dakı fəaliyyətlərinin əsas məqsədləri yoxsulluğun aradan qaldı-
rılmasına köməklik etmək, fərdi insan hüquqlarına ehtiram 
olunmasını dəstəkləmək, təbii ehtiyatları mühafizə etmək, ha-
belə ölkə miqyasında müvafiq islahatların keçirilməsi yolu ilə 
ölkədə demokratik idarəçiliyin BMT Xartiyasının prinsiplərinə 
uyğun həyata keçirilməsini təmin etməkdir. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin