Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   2   3   4   5   6   7   8   9   ...   35
valyuta

Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) 1960-cı ildə 
yaradılmışdır. Əsas məqsədi Dünya Bankının fəaliyyətini ta-
mamlamaq və çox zəif inkişaf etmiş ölkələrə 50-illik müddəti-
nə faizsiz olaraq (ancaq illik 0.75% həcmində komisyon haqqı 
alınır) kreditlər təqdim etməkdir. Əsasən Assosiasiya illik gəliri 
390 $-dan çox olmayan və ya adambaşına düşən ümumi milli 
məhsulun səviyyəsi 790 $-dan çox olmayan ölkələrə kredit verir. 
Beynəlxalq Maliyyə Korporasiyası 1956-cı ildə yara-
dılıb və məqsədi gənc dövlətlərin sənayelərində özəl investisi-
yaları stimullaşdırmaq, həmin dövlətlərdə xüsusi bölməni təşkil 
etmək və genişləndirməkdir. BMK ancaq azad olmuş və bir qə-
dər inkişaf etmiş ölkələrdə yüksək səmərəli müəssisələri kredit-
ləşdirir. Bu ilk növbədə onun yüksək faizli borclarını qaytar-
maq məqsədi güdür. Korporasiya krediti bir qayda olaraq 15-il 
müddətinə verilir. BMk-nın əsas xüsusiyyəti ondadır ki, onun 
vəsaitlərinin üzv ölkələrdə investisiyalaşdırılması üçün dünya 
Bankının və İnkişaf Assosiasiyasının tələb etdiyi hökumət 
zəmanəti tələb olunmur.
İnvestisiya Zəmanəti Üzrə Çoxtərəfli Agentliyi 1988-ci 
ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə 
birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan 
beynəlxalq maliyyə-kredit institutudur. Bu qrum investisiya-
ların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata ke-
çirir. İnvestisiyaların 90%-ə qədərini əhatə edən zəmanətin orta 
müddəti 15-ili (bəzi hallarda 20 il) əhatə edir. İZÇA özünün 
fəaliyyətini milli sığorta şirkətləri ilə istiqamətləndirir. Hazırda 


23
agentliyin 145-dən çox üzvü vardır. İZÇA-nın fəaliyyəti təkcə 
qeyd olunan istiqamətlə məhdudlaşmır. Qurum eyni zamanda 
üzv ölkələrin hökumət dairələrilə xarici investisiya siyasəti, 
eləcə də onun proqram və proseduraları haqqında məsləhətləş-
mələr aparır.
Haqqında danışdığımız beynəlxalq maliyyə kredit qu-
rumları ilə yanaşı regional maliyyə qrumları da, o cümlədən İs-
lam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Afrika İnkişaf Bankı 
da fəaliyyət göstərir.
Beynəlxalq maliyyə təşkilatları bir neçə valyuta əməliy-
yatları həyata keçirir. Bu əməliyyatlardan ən geniş yayılmışı 
təcili göndəriş üzrə valyuta əməliyyatlarıdır. Bu əməliyyatlar 
valyuta sövdələşmələrinin 90%-ni əhatə edir. Bu əməliyyat 
spot əməliyyat adlanır və onun mahiyyəti ondan ibarətdir ki, 
valyuta alqı-satqısında müqavilə o, şərtə bağlanır ki, müqavi-
lədə nəzərdə tutulmuş məbləğ imzalanma anında qəti müəyyən 
olunmuş kurs üzrə imzalanma günündən başlamaqla ikinci iş 
gününün sonuna qədər müxbir banklara göndərilməlidir.
Valyuta əməliyyatlarının digər qismini valyuta sövdə-
ləşmələri təşkil edir. Bu sövdələşmələrə forvard, fyuçers və 
svop sövdələşmələri aiddir.
Forvard müqavilə bağlanandan bir neçə gün ərzində 
aparılan (reallaşdırılan) qabaqcadan ödəniş formasıdır. Əsas 
etibarilə forvard əməliyyatları müqavilə üzrə valyuta məzənnə-
sinin tərəddüdündən (qalxıb-enməsindən) qaçmaq məqsədi ilə 
bank və digər kredit təşkilatları tərəfindən aparılır. 
Fyuçers əmtəə, valyuta, qızıl və qiymətli kağızların al-
qı-satqısı üçün pul məbləğinin müqavilə bağlandıqdan sonra 
müqaviləyə uyğun məbləğdə ödəniş formasıdır. Bu sazişdə 
başlıca məqsəd müqavilə müddətindən sonra alqı-satqı obyekti-
nin müqavilə qiyməti ilə faktiki məzənnə arasındakı fərqin əldə 
edilməsidir. Fyuçers münasibətlərində uduzan tərəf hazırkı 
birja qiymətləri arasında əmtəənin, valyutanın və s.-nin məzən-
nə fərqi məbləğində alışını, yaxud satışını həyata keçirir. Udan 


24
tərəf isə qarşı tərəfin ziyanı hesabına öz mənfəətini təmin edir. 
Bu əməliyyatda əsasən kontraktın baza aktivi kimi ABŞ dolları 
çıxış edir.
Svop müəyyən müddətdən sonra yenidən əksinə müba-
dilə edilməsi şərtilə milli valyutanın xarici valyutaya mübadilə 
edilməsidir. Bu əməliyyat daha çox Mərkəzi Bank tərəfindən 
həyata keçirilir. Mərkəzi Bank tərəfindən svop əməliyyatları 
beynəlxalq səviyyədə likvidlik böhranlarını aradan qaldırmaq 
məqsədilə çox zaman beynəlxalq maliyyə kredit institutları ilə 
ə
laqəli surətdə aparılır. Bura aşağıdakı əməliyyatlar daxildir: 
I.
Aktivlərin sonradan satılması şərtilə alınması; 
II.
Qarışılıqlı şəkildə mənfəət əldə edilməsi məqsədilə 
aktivlərin, qiymətli kağızların, eləcə də maliyyə öhdəliklərinin 
mübadilə edilməsi; 
III.
Öhdəlik yükünün qismən yüngülləşdirilməsi məqsədi 
ilə borc öhdəlikli qiymətli kağızların emitent tərəfindən başqa-
ları ilə əvəz olunması və s. 
IV.
Azərbaycanın beynəlxalq maliyyə əlaqələri və gələ-
cək inkişaf strategiyası. 
Azərbaycanın konkret aşağıdakı beynəlxalq maliyyə təş-
kilatları ilə əməkdaşlığı haqqında danışaq:

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin