240. Yəzdan - ZərdüĢtilərdə xeyir allahı.
241. GəĢtasib - daha qədim yazılarda ViĢtasb Ģaklində yazılır. Ġran
Ģahlarındandır. ZərdüĢtlə bir əsrdə olmuĢdur. Ümumiyyətlə, eramızdan əvvəl
təqribən VIII-VII əsrlərə aid edirlər. Daha qədimdən hesab edənlər də var.
242. Harun ər-RəĢid- Əbbasi xəlifələrinin beĢincisidir. 786-809-cu illər
arasında hakimiyyət baĢında olmuĢdur.
243. MüĢəbbehi - hərfən "oxĢadanlar" deməkdir. Ġslam dinində təriqət adıdır.
MüĢəbbehilər xalq ilə (allah ilə) onun məxluqları arasında müəyyən oxĢarlıq
olduğunu təbliğ edirdilər. Nizamülmülk dövründə Ģiələrin çoxu müĢəbbehi hesab
edilirdi.
244. Obeydə Hənifi- Xəlifə Mənsur dövründə Reyin amili təyin edilmiĢdi.
Tehran nəĢrində baĢqa ad göstərilir. Rusca tərcümədə Xeyfi (Heyfı) Ģəklindədir.
245. Mehdi - on ikinci imam, Əbül Qasim Məhəmməd əl-Həsən, Mehdi ləqəbi
sonradan verilmiĢdir. ġiələrin əqidəsinə görə, dünyanın axırı çatdıqda zühur
edəcəkdir. 868/69-cu illərdə doğulmuĢdur. Ötən ili tarixdə göstərilmir. Rəvayətə
görə qeyb olmuĢdur.
246. Cümhur Ġcli - bu ad müxtəlif məxəzlərdə müxtəlif cür oxunmuĢdur. MəĢhur
"Tarixi-Təbəri"də Cəvhər bin Mərrar əl-Əcəlli yazılmıĢdır. ġəxsiyyəti tam Ģəkildə
aydınlaĢdırılmamıĢdır.
247. Zübeyrilər - Əz-Zübeyr ibn Əvvamın tərəfdarlarına verilən addır. Zübeyr
Məhəmmədin əshabələrindən olub, hakimiyyəti ələ keçirmək üçün üsyan
qaldırmıĢ, lakin sonra müvəffəqiyyətsizliyə uğrayaraq məğlub olmuĢdur.
248. Məhəmməd Zəkəriyyə- Əbu Bəkr Məhəmməd b. Zəkəriyyə ər-Razi.
Dövrünün ən böyük alimi və həkimi hesab edilimiĢdir. Təbabət, riyaziyyat və
nücum elmi haqqında dəyərli əsərləri vardır. Ölümünü müxtəlif vaxtlarda
göstərirlər. Bəziləri 923, bəziləri 932-ci ili əsas götürürlər.
249. Məxariqül Ənbiya- peyğəmbərlərin xariqələri, möcüzələri mənasındadır.
Lakin Razinin bu adda əsəri Fehrestdə göstərilməmiĢdir.