29.Diqqətin əsas xüsusiyyətləri
Diqqətin aşağıdakı xüsusiyyətləri vardır:
1.Diqqətin mərkəzləşməsi.
2.Diqqətin həcmi.
3.Diqqətin paylanması.
4.Diqqətin davamlılığı.
5.Diqqətin tərəddüdü.
6.Diqqətin keçirilməsi.
7.Diqqətin yayınması.
1.Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bir obyektə və ya bir
fəaliyyətə yönəlir, başqalarından uzaqlaşır. Başqa sözlə, yalnız bir
obyektə yönəlmiş diqqət mərkəzləşmiş diqqət hesab olunur. Diqqətin
mərkəzləşməsi hər hansı bir fəaliyyətə, işə, obyektə dərin və fəal
maraqla bağlıdır.
2.Diqqətin həcmi eyni vaxtda əhatə olunan, aydın dərk edilən
obyektlərin miqdarı ilə müəyyən edilir. Diqqətin böyük həcmə malik
olması bir sıra fəaliyyət sahələrində çox əhəmiyyətlidir. Məsələn,
kəşfiyyatçı eyni zaman içərisində nə qədər çox obyekti əhatə etsə,
yəni onun diqqətinin həcmi nə qədər böyük olsa, kəşfiyyat işi bir o
qədər səmərəli olar.
ə
3.Diqqətin paylanması eyni vaxtda iki və daha artıq işi yerinə
yetirmək bacarığı ilə xarakterizə olunur. Diqqətin paylanması bir sıra
sənət sahələrində çox vacibdir (məsələn, sürücünün, təyyarəçinin,
drijorun fəaliyyəti və s.). Bu sahədə lazımi vərdiş qazanmış adamlarda
diqqətin paylanması müvəffəqiyyətlə baş verir.
4.Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər
üzərində uzun müddət və fasiləsiz olaraq saxlanmasında ifadə olunur.
Əgər diqqət müəyyən fəaliyyətin ümumi istiqamətindən kənara
çıxmırsa, davamlı diqqət sayılır. Diqqətin davamlılığı təsir edən
obyektlərin və icra olunan işlərin rəngarəngliyindən, yeniliyindən,
zənginliyindən, bir sözlə, dinamikliyindən asılıdır. Diqqətin
davamlılığı fəaliyyət prosesində insanın fəallığından asılıdır.
|