Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»


Fəlsəfi dünyagörüşü və onun xüsusiyyətləri. Fəlsəfə - nəzəri dünyagörüşüdür



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi

Fəlsəfi dünyagörüşü və onun xüsusiyyətləri. Fəlsəfə - nəzəri dünyagörüşüdür
Fəlsəfi dünyagörüşü dünyaya və orada insanın yerinə dair, insanın gerçəkliyə, təfəkkürün 
varlığa münasibətinə dair ən ümumi nəzəri baxışlar sistemidir. Fəlsəfi dünyagörüşü 
ümumi dünyagörüşdən gerçəkliyə yanaşma üsulu ilə, inlellektual problematikası ilə 
fərqlənir, daha çox sistemli, nəzəri səciyyə daşıyır. Fəlsəfi dünyagörüşü öz sistemli 
baxışlarında və nəzəri müddəalarında kortəbii-mifoloji və diniehkamçılıq 
təsəvvürlərindən uzaqlaşır, fövqəltəbiiliyə istinadən təhlili çox hallarda qəbul etmir
dunya, həyat və insan haqqında azad, tənqidi və əsaslandırılmış mühakimələrdən, elmi 
həqiqətlərdən çıxış edir. Fəlsəfi dünyagörüşü - idealist və ya materialist meylli 
olmasından asılı olmayaraq həmişə insana, onun dünyaya münasibətinə əsaslanır. İnsan - 
fəlsəfi dünyagörüşün məhək daşıdır. Dünya və insan, insanın dünyaya münasibəti, insanın 
özünün mahiyyəti, insan və mənəviyyat, insan və ədalət, insan və xeyirxahlıq, insan və 
bəşəri dəyərlər, insan və gözəllik, ictimai tərəqqi, insan və i.a. fəlsəfi dünyagörüşün əzəli 
və əbədi problemləridir. Elə bu mənada deyirlər ki, ən mütərəqqi fəlsəfə - insan 
fəlsəfəsidir. İnsan azadlığı bu fəlsəfənin qayəsidir. Fəlsəfi dünyagörüşü bu mənada 
intellektual-idraki məzmun daşıdığı kimi, bəşəri dəyərlərlə qovuşduğundan dərin 
mənəviyyat səciyyəsi də daşıyır. İnsan və dünya, onların qarşılıqlı münasibəti ən böyük 
əzəli və əbədi fəlsəfi problemdir. Heç təsadüfi deyildir ki, bütün fəlsəfi məktəb və 
cərəyanların mahiyyətində «dünya-insan münasibətlərini» hansı mövqedən həll etməsi, 
insanın sosial-mənəvi mövqeyini və i.a. necə izah etməsi məsələsi durur.
Fəlsəfənin bir elm kimi əsas xüsusiyyətlərindən birini onun ictimai-tarixi xarakter 
daşıması təşkil edir. Digər ictimai şüur formaları kimi fəlsəfi şüur da tarixən deyişkən 
ictimai varlığın təsirindən formalaşır və tarixi proseslə şərtlənir. Hər bir mütəfəkkir
yaşadığı tarixi şəraitin təsirindən çox çətin ki, xilas ola bilsin. Fəlsəfənin ictimai-tarixi 
səciyyə daşıması da onun mövcud olduğu ictimai şəraiti əks etdirməsindən ibarətdir.
Fəlsəfə öz mahiyyəti etibarilə həm mədəniyyətin bütün sahələri ilə çulğaşmış, həm 
də onun tərəqqisinin meyarlarından birinə çevrilmişdir. Fəlsəfə mədəniyyət hadisəsi 
olmaqla, həm də onun «inkişafının göstəricisidir». «İncəsənət fəlsəfəsi», «əxlaq 
fəlsəfəsi», «din fəlsəfəsi», «texnika fəlsəfəsi», «təbiət fəlsəfəsi», «tarix fəlsəfəsi», 


12 
«siyasət fəlsəfəsi», «hüquq fəlsəfəsi», «həyat fəlsəfəsi» və i.a. anlayışlar və istiqamətlərlə 
fəlsəfə mədəniyyətlə qovuşur, mədəniyyətin bütün aspekt və çalarlarını əhatə edir, onun 
nəzəri-metodoloji əsaslarını verir, maddi və mənəvi mədəniyyət amili kimi çıxış edir. 
Fəlsəfənin predmetində duran problemlərdən biri də fəlsəfənin elmiliyi məsələsi, elmlə 
fəlsəfənin 
qarşılıqlı 
münasibəti, 
onların 
oxşar 
və 
fərqli 
cəhətlərinin 
müəyyənləşdirilməsidir. Fəlsəfə və elm arasında oxşarlıq ondadır ki:
a) hər ikisi obyektiv gerçəklik qanunauyğunluqlarının insan şüurunda bu və ya
başqa dərəcədə dolğun in`ikasıdır;
b) hər ikisi sivilizasiyanın ən böyük nailiyyətidir;
c) hər ikisi gerçəkliyin dərk edilməsi üçün insana qüdrətli silah verir;
ç) hər ikisi ictimai funksiyanı yerinə yetirərək cəmiyyətin maddi yə mənəvi
dəyərlərinin (sərvətlərinin) inkişaf etdirilməsi amili kimi çıxış edır və i.a.
Fəlsəfə ilə elm arasında müəyyən fərqlər də vardır:
a) 
əgər fəlsəfə öz mahiyyəti etibarilə insana ən başlıcası ümumiləşmiş 
dünyagörüşü
verirsə, müxtəlif elm sahələri insana konkret bilik verir;
b) 
xüsusi qanunları öyrənən konkret elmlərdən (fizika, kimya, biologiya və s.) 
fərqli olaraq fəlsəfə təbiət, cəmiyyət və təfəkkür inkişafının ən ümumi qanunlarını 
öyrənir;
c) 
fəlsəfə, ən geniş mənada bütün dünyagörüşü növlərinin özəyini, nüvəsini 
təşkil etdiyi halda, ayrı-ayrı konkret elmlər dünyanın təbii elmi mənzərəsini müəyyən 
edən konkret materiallar verir;
ç) fəlsəfə və elm ictimai şüurun spesifık forması olmaq etibarilə də bir-birindən
fərqlənirlər;
d) 
ictimai funksiyaları etibarilə də fəlsəfə ilə elm arasında fərqlər vardır: fəlsəfə 
cəmiyyətdə elmə nisbətən daha səfərbəredici və sosial fəallaşdırıcı rol oynayır, fəlsəfə 
cəmiyyətdə qarşıya çıxan vəzifələrin düzgün həlli yollarını tapmağa imkan verir;
e) 
konkret bir elm sahəsində işləyən mütəxəssis konkret hadisələri müəyyən 
edərkən dünya haqqında ümumi təsəvvürlərə, dünyanın quruluşu, ümumi mənzərəsi və 
onun ən ümumi inkişaf qanunauyğunluqları haqqında prinsip və baxışlara ehtiyac duyur. 
Bu ehtiyacı məhz fəlsəfə ilə ödəyir və i.a.
Deməli, elmin ümumi dünyagörüşü, metodoloji və nəzəri-idrakı əsaslandırılması 
məsələlərini fəlsəfə öyrənir, təhlil edir. Elm fəlsəfəyə yiyələnməklə metodologiyaya və 
dünyagörüşü meylinə sahib olur.


13 

Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin