Fəlsəfə elmi haqqında ümumi anlayış
İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən
biridir. Əvvələr o,
«elmlər elmi» adlandırılmış, empirik
və nəzəri biliyin müxtəlif
sahələrini ehtiva etmişdir. Mükəmməl dünyagörüşü, dünyanın dərk etməyin xüsusi
forması, varlığın ümumi prinsiplərinə dair baxışlar
sistemi olan fəlsəfə, həm də ən yaxşı
nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın mənasını məntiqi cəhətdən
səmərəli yolla anlamaq tələbatından doğan bu elm, təxminən
iki min beş yüz il bundan
əvvəl Qədim Şərqdə – Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül tapmış, e.ə.
VII – VI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir.
İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri
Pifaqor (e.ə.VI əsr) işlətmiş və özünü
filosof adlandırmışdır.
«Fəlsəfə» etimoloji baxımdan yunanca
«phileo» – «sevirəm» və
«sopia» - «hikmət» sözlərinin birləşməsindən əmələ gəlib, mənası isə
«hikməti sevmək»
deməkdir. Göründüyü kimi, hikmət sözü fəlsəfənin mənasını anlamağın açarını verir.
Görkəmli Azərbaycan filosofu və alimi
Nəsrəddin Tusi məşhur «Əxlaqi –
Nasiri» əsərində hikmətin mənasını belə izah edir: «Mərifət sahibləri arasında
hər şeyi
olduğu kimi yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mənəviyyatı
mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir».
Hikməti sevən, onu bilən və təbliğ edən pirani şəxslər, adatən, müdrik adlandırılıblar.
Fəlsəfənin təşəkkülü də elə bilavasitə müdrikliklə bağlıdır. Qədim yunanların müdriklik
ilahəsi Afinanın əzəmətli təsviri zəhmli bayquş obrazı idi.
Müdriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda
natiqliyi, siyasəti,
idarəçiliyi, riyaziyyatı və s. kamil bilən, onları başqalarına oyrədən
müəllimlərə sofistlər (sofos-müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti sevmək, kəmilliyə
can atmaq insan xasiyyətinə daxilən xas olan əlamətdir. Bu səbəbdən də onlar diqqəti
təbiətdən, kosmosdan
insana doğru yönəltmiş, insanı «hər şeyin meyarı» hesab etmiş,
onun həyatını, əməli və idraki fəaliyyətini öyrənməyi üstün tutmuşlar. Azərbaycanın ilk
müdrikləri – qədim mağlar da bu cəhətdən fərqləniblər.
Ən qədim fəlsəfə tarixinin müəllifi Layertli Diogen «Məşhur filosofların həyatı,
təlimləri və deyimləri haqqında» əsərində İran mağlarının insan, cəmiyyət, ədalət,
xeyirxahlıq haqqında fikirlərinin yunan filosflarına böyük təsir göstərdiyini qeyd etmişdir.
Onu da göstərmək lazımdır ki, Pifaqoru birinci filosof hesab edən Diogen onun mağlardan
elm
öyrəndiyini dana bilməzdi, Bundan əlavə, Yunanıstanda yayılmış əfsanələrdən
birində Fales ilk filosof hesab edilirsə, digərində birincilik Heraklitə aid edilirdi.
2
Avropa mədəniyyətində «Fəlsəfə» istilahının qərarlaşması və şərhi, əlbəttə, Platonun
adı ilə bağlıdır.
Bir sözlə, insan ilk dəfə şeylərin təbiəti və hadisələrin səbəbi haqqında düşünməyə
başlayan andan fəlsəfə elminin tarixi başlanmışdır. Fəlsəfə elmi qədim olduğu qədər də
mürəkkəb, dolaşıq, ziddiyyətli və çətin bir təkamül yolu keçmişdir.
Çünki fəlsəfə
haqqında fikir yürüdən və ya əsər yazan hər bir görkəmli alim gerçəkliyi özünəməxsus
şəkildə izah etmişdir. Elə buna görə də üçminlik fəlsəfə tarixində saysız–hesabsız
məktəblər, cərəyanlar meydana gəlmiş, müxtəlif fəlsəfi sistemlər yaranmışdır.
Dünyaya, yəni təbiətə, cəmiyyətə, insana ən ümumi nəzəri baxışlar sistemi kimi bir–
birini tamamlayan, çox vaxt isə inkar edən fəlsəfi məktəblərin nəhəng nümayəndələrinin
zəkası tarix boyu həqiqət yolçularının, varlığın mənasını dərk etmək istəyənlərin yolunu
işıqlandırmışdır. Fəlsəfi məktəblərin nümayəndələrini ən çox düşündürən varlıq təlimi,
insan və dünyagörüşü məsələləri olmuşdur. Bəzi alimlərin fikrincə, ictimai şüur forması
kimi fəlsəfə təxminən eyni zamanda qədim sivilizasiyanın üç mərkəzində:
Yunanıstan,