5
mənəvi cövhəri", "dövrün özünü dərki" аdlаndırırlаг. Böyük alman filosofu Hegel
göstərirdi ki, fəlsəfi fikirlərdə mənimsənilən dövrdür".
İlk baxışda belə görünə bilər ki, həyatı öyrənmək üçün bu və ya digər konkret peşə
və ixtisas üzrə biliklər, gündəlik təcrübə kifayətdir. Əslində isə dünyanın sirləri son
dərəcə mürəkkəb və əsrarəngizdir. Həyat son dərəcədə mürəkkəb, burada gedən proseslər
isə çox ziddiyyətli və rəngarəngdir. Onları anlamaq üçün inkişaf meylləri və
perspektivlərini düzgün müəyyənləşdirə bilmək üçün geniş erudisiyaya, həqiqi fəlsəfi
biliklərə malik olmaq zəruridir. Buradan aydın olur ki, insanın praktiki fəaliyyəti və
mədəni həyatının əsasında duran dünyagörüşü problemlərinin izahında fəlsəfinin rolu
misilsizdir.
Beləliklə «Fəlsəfəni öyrənməyin əhəmiyyəti nədir və о insana nə verir?» sualına
aşağıdakı konkret cavabları vermək olar:
1.Fəlsəfə insanın malik olduğu biliklər sisteminin, dünyanın elmi mənzərəsinin nəzəri
bünövrəsidir. О, həm də cəmiyyətdə normal mənəvi mühitin, insanın mənəvi dünyasının
formalaşmasınа kömək edir, mühüm tərbiyəvi əhəmiyyətə malikdir.
2.Fəlsəfənin əsaslarına yiyələnmiş adam istənilən elm sahəsində uğurlu fəaliyyət
göstərə bilir.
3.Fəlsəfə digər elmlərin optimal inkişafına kömək edir, onlarda baş verən metodoloji
çətinlikləri aradan qaldırır.
4.Fəlsəfə insanın idrak nəzəriyyəsi ilə silаhlаndırır, yeni gerçəkliyi mənəvi
mənimsəməyin yollarını və vasitələrini müəyyənləşdirir.
5.Fəlsəfəni bilən adamda düzgün məntiqi təfəkkür formalaşır, о, həyatı tənqidi və
yaradıcı surətdə öyrənir.
İlkin fəlsəfi təlimlərdə təbiətin, dünyanın yaranması və quruluşu haqqında
təsəvvürlər əsas yer tuturdu. Yəni təbiət fəlsəfəsi, naturfəlsəfə hökmran mövqeyə malik
idi. Sonralar zaman keçdikcə ictimai həyat, siyasi quruluş və hüquqi qaydalarla əlaqədar
məsələlər də fəlsəfinin obyektinə daxil edilməyə başladı. Tezliklə insan, onun təbiəti, zəka
və hissləri, idrakı, din və incəsənət fəlsəfi düşüncələrin əhatə dairəsinə cəlb olundu.
Beləliklə təbiət, ictimai həyat, bütövlükdə dünya və insan arasındakı mürəkkəb qarşılıqlı
münasibətlərin təhlili fəlsəfinin əbədi mövzularına çevrildi.
Dostları ilə paylaş: