Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Əmək mühafizəsinin öyrədilməsi və təlimatların növləri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə15/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   11   12   13   14   15   16   17   18   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Əmək mühafizəsinin öyrədilməsi və təlimatların növləri 


Əməyin mühafızəsi sahəsində rolu az olmayan təlimatlar hər bir 
müəssisənin özündə həmin müəssisənin həmkarlar təşkilatı ilə birlikdə hazırlanır 
və təsdiq olıunur. Əməyin mühafizəsi sahəsində qanunvericilik aktlarına uyğun 
olaraq nazirliklər, baş idarələr, dövlət konsernləri, assosiasiyalar və birliklərdə 
sahə həmkarlar ittifaqları təşkilatının mərkəzi komitələri ilə birlikdə təlimatlar 
hazırlayır və onu təsdiq edirlər. Bundan başqa müəssisələrdə işçilərə əmək 
təhlükəsizliyinin öyrədilmə növləri və qaydaları, əmək təhlükəsizliyinin 
öyrədilməsi barədə DÜİST 12.0.004-89 əsasında müəyyən edilir. Qüvvədə olan 
normativ sənədlərə və əsasnaməyə uyğun olaraq müəssisə və təşkilatlarda işə 
qəbul edilənlər əməyin təhlükəsizliyi üzrə təlimatlandırılmalı və işləyənlər ixtisas 
dərəcələrini artırmalıdırlar. Əlavə təhlükəsizlik şərtləri tələb edən işlərdə çalışan 
işçilər xüsusi proqramla öyrədilir, imtahan verir və həmin işləri aparmaq hüququ 
verən vəsiqə alırlar. 
Əməyin mühafızəsinin təşkilində işəgötürənin (müdiriyyətin) ən başlıca 
vəzifələrindən biri mövcud qaydalarla işçiləri tanış etməkdən ibarətdir. İşəgötürən 
işçini işə qəbul edərkən, onu təhlükəsizlik texnikası, istehsalat sanitariyası, eləcə 
də yanğından mühafızə qaydaları ilə tanış etməlidir. Həmin tanışlıq qanunvericilik 
əsasında rəsmiləşdirilir. 
Nəzərdə tutulan qaydalarla tanışlıq, yaxud izahat işlərinin vacib və zəruriliyi 
haqqında kollektiv müqavilələrdə, habelə digər normativ sənədlərdə xüsusi 
göstərişlər vardır. 
Əmək təhiükəsizliyi standartlar sistemi DÜİST 12.0.004-89 və digər 
normativ hüquqi aktlara uyğun işçilərə keçilən təlimatların növləri aşağıdakılardır: 
1. 
Giriş təlimatı; 
2. 
İş yerinə görə (peşə üzrə) təlimat: 
3. 
Təkrar təlimat; 
4. 
Növbədənkənar təlimat; 
5. 
Məqsədli təlimat. 
Müəssisədə işə yeni qəbul edilən bütün işçilərə, o cümlədən müvəqqəti və 
mövsümi işlər, ezamiyyətə gəlmiş şəxslərə, istehsalat təcrübəsinə göndərilmiş 
şagird və tələbələrə təhsilindən, iş stajından və vəzifəsindən asılı olmayaraq 
təhlükəsizlik texnikası üzrə giriş təlimatı keçilməlidir. 
Giriş təlimatı dedikdə yeni işə qəbul olunan və başqa işə keçirilən işçi ilə 
fərdi olaraq aparılan təlimat nəzərdə tutulur. Giriş təlimat işçilərlə tək-tək, yaxud 
qrup halında söhbət, mühazirə formasında aparılır. Giriş təlimatını əmək 
mühafızəsi mühəndisinin iştirakı ilə uyğun sahənin baş mütəxəssisi keçir. 
Giriş təlimatının xüsusi təşkil edilmiş əmək mühafızəsi kabinetində 
aparılması nəzərdə tutulur. Giriş təlimatı aparıldıqdan sonra əmək 
qanunvericiliyinə uyğun olan jurnal və şəxsi vərəqə formalarında sənədləşdirilərək 
rəsmiləşdirilir. 
Giriş təlimatı zamanı təlimatı keçən təlimat alan işçilərə aşağıdakı 
məsələləri başa salır: müəssisənin daxili əmək intizamı qaydalarını; sanitariya-
gigiyena, təhlükəsizlik texnikası, əmək haqqından ümumi qaydaları; müəssisə 
ərazisində özünü gözləmək qaydalarını; zərər çəkən şəxslərə ilk yardım göstərmək 
qaydalarını; baş vermiş hadisənin bir neçəsinin səbəbini və təhlilini izah etmək və 


s.. 
Giriş təlimatı sənədləşdirildikdən sonra işçi əvvəlcədən müəyyən olunmuş iş 
yerinə (sex, sahə) göndərilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin