2. Əmək mühafizəsinin öyrədilməsi və təlimatların növləri
3. Əmək mühafizəsi norma və qaydalarına dövlət nəzarəti
4. Əmək mühafizəsinə ictimai nəzarət
5. Əmək mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər
Əməyin mühafizəsi tədbirlərinin planlaşdırılması
Müəssisələrdə sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin
edilməsi Əmək Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulmuşdur.
Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin
yaxşılaşdırılmasına, əməyin mühafızəsinin təmin edilməsinə və işçilərin
sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır
və həyata keçirir.
a)əmək şəraitinin və istehsalat proseslərinin səmərələşdirilməsinin
perspektiv
planı.
b)təhlükəsizlik texnikası və istehsalat sanitariyasının səmərələşdirilməsinin
illik planı.
c)sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı.
Əmək şəraitinin yaxşılaşdırılması sahəsində əməyin mühafizəsi üzrə illik
tədbirlər planı əsasən üç bölmədən ibarət olur:
1. Bədbəxt hadisələrə qarşı tədbirlər;
2. İstehsalat xəstələnmələrinə qarşı tədbirlər;
3. Əmək şəraitinin yaxşılaşdırılması üzrə ümumi tədbirlər;
Əmək mühafizəsi sahəsində işçilərin əmək şəraitini yaxşılaşdırmaq
məqsədilə nəzərdə tutulan tədbirləri düzgün və vaxtında həyata keçirmək üçün pul
vəsaiti olmalıdır.
Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi
Əmək Məcəlləsinin 220-ci maddəsində əməyin mühafızəsi tədbirlərinin
maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
Məqsəd və təyinatından asılı olmayaraq əməyin mühafizəsi dövlət
büdcəsindən və müəssisənin gəliri hesabına maliyyələşdirilir.
Əməyin mühafızəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi
kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin
əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır.
Bu vəsaitin başqa məqsədlərə sərf edilməsi qadağandır.
Əmək məcəlləsinin 221-ci maddəsinə uyğun əməyin mühafizəsi fondu
yaratmaq nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müəssisələr səviyyəsində
əməyin mühafizəsi fondu yaradılır. Dövlət Əməyin Mühafizəsi fondu müvafiq İcra
Hakimyyəti tərəfindən təsdiq edilir.
Dövlət Əməyin Mühafizəsi fondu: dövlət büdcəsindən ayırmalar;
müəssisələrin mənfəətlərinin bir faizi miqdarında ayırmalar; əməyin mühafizəsi
normalarını və qaydalarını pozan inzibati qaydada cəzalandırılmış vəzifəli
şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyə edilmiş hissəsi;
müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil
edilir.
Dostları ilə paylaş: