Açıq fəzada səs dalğaları mənbədən hər tərəfə eyni sürətlə yayılır, məsafə
artdıqca səs səviyyəsi zəifləyir. Səs dalğaları hər hansı bir maneəyə rast gəldikdə
onun bir hissəsi əks olunur, bir hissəsi udularaq istiliyə çevrilir, qalığı isə maneənin
o biri üzünə keçir. Buna görə də qapalı mühitdə səs dalğaları
əşyalardan və
divarlardan dəfələrlə əks olunaraq səsin ucalığını artırır.
Səs-küy bioloji qıcıqlandırıcıdır, yorğunluğa, diqqətsizliyə, baş ağrılarına,
əsəbiliyə səbəb olur. Səs-küy eşitmə qabiliyyətini azaldır və tədricən karlığa gətirib
çıxarır. Səs-küyün təsirindən əmək məhsuldarlığı 10…20% aşağı düşür, hesablama
işlərində səhvlərin sayı 50 %-ə çatır.
Ehtizaz və titrəyişlərin təsirindən əllərin soyuması, keyləşməsi,
yorğunluq,
yuxusuzluq, baş ağrıları, qan təzyiqinin yüksəlməsi, ürək damarlarının spazması və
s. baş verir. Ehtizaz və titrəyişlər eyni zamanda maşın və mexanizmlərə,
nəzarət-
ölçmə aparatlarına və binaların konstruksiyasına dağıdıcı təsir göstərir.
Səs-küyün səviyyəsindən (ucalığından), xarakterindən, davamiyyətindən və
insanın xüsusiyyətindən asılı olaraq onun insan orqanizminə təsiri də müxtəlifdir.
İnsanın qulağı səs dalğalarının tezliyi 16 hs-dən 20000 hc-ə qədər olan
rəqslərini eşitdiyi üçün həmin rəqslərin intervalı səs diapazonu, rəqslər özü isə səs
rəqsləri adlanır. İnsanın eşitmədiyi, tezliyi 16 hs-dən aşağı
olan rəqslər infrasəs,
tezliyi 20000 hs-dən yuxarı olan rəqslər isə ultrasəs adlanır.
İstər infrasəslər, istərsə də ultrasəslər səs kimi deyil, duyğu orqanları
tərəfindən bu ehtizaz və titrəyiş kimi hiss edilir.
Səs fiziki cəhətdən intensivlik və tezliklə, fizioloji cəhətdən isə gurluğu
(şiddəti) və yüksəkliyi ilə xarakterizə olunur.
Səsin şiddəti (gurluğu) desibellə ölçülür. 10-20 db gurluq səviyyəsi pıçıltılı
danışığın
səviyyəsinə, 30…70 db isə sakit, orta ucalıqda və ucadan danışıq
səviyyəsinə uyğundur.
Hətta kiçik səs-küy (50…60 db) belə insanın sinir sistemini gərginləşdirir,
ona psixoloji təsir göstərir. Bu xüsusən, zehni fəaliyyətdə olan insanlarda daha çox
müşahidə olunur. Zəif səs-küyün müxtəlif adamlara müxtəlif cür təsir göstərməsi
insanın yaşı, səhhəti, işinin növü, həmin anda fiziki və rühi vəziyyəti və s.
amillərlə izah edilir.
Səs-küyün səviyyəsi 70 db və daha çox olduqda
insanda müəyyən fizioloji
təsirlər yaranır. Səviyyəsi 85…90 db-dən yüksək olan səs-küy insanın eşitmə
həssaslığını azaldır, daha güclü səslər isə insanın səhhətinə və işgüzarlığına zərərli
təsir göstərir. İnsan qulağının dözə bildiyi maksimal səs intensivliyinin səviyyəsi
130 db-dir.
150 db səs-küyün qısa müddətli təsirinə insan qulağı dözmür və həmişəlik
karlıq baş verir.
180 db şiddəti bütün canlıları öldürür, metallarda yorğurluq əmələ gətirir,
190 db səs pərçimləri qopardır, metal lövhələri dağıdır, qaynaq tikişlərində əyilmə,
bükülmə yaradır.
Səs-küyün eşitmə üzvlərinə təsiri üç formada təzahür edir: yorğunluq, səs-
küy zədəsi və peşə ağıreşitməsi .
Səs-küy eşitmə üzvlərinə yerli təsirdən əlavə, bütün orqanizmə ümumi
zərərli təsir də göstərir. Böyük intensivlikdə, dəvamiyyətli səs-küy insanın
mərkəzi sinir sisteminə xeyli zərərli təsir göstərir. Nəticədə insanlar baş ağrısı, baş
gicəllənməsi və qulağa səs düşməsindən şikayətlənirlər. Tibbi müayinə zamanı isə
onlarda hipertoniya, qastrit,
xora və digər xəstəliklər, eləcə də istehsalat səs-
küyünün təsirindən müxtəlif peşə xəstəlikləri - arterial təzyiqin və ürək ritminin
pozulması, eşitmə qabiliyyətinin zəifləməsi, yaddaşın, diqqətin, görmə itiliyinin və
siqnallara həssaslığının zəifləməsi və s. aşkara çıxır.
Son illərdə həkimlər səs-küyün təsirindən insanda yaranmış kompleks
dəyişiklikləri “səs-küy xəstəliyi” adlandırırlar.
İstehsalat səs-küyü əmək məhsuldarlığının aşağı düşməsinə, işdə xətaların və
ya səhvlərin, eləcə də travmatizmin yüksəlməsinə səsbəb ola bilər.
Səs-küyün insan orqanizminə qarşı zərərli təsirinə qarşı əsas vasitə onun
parametrlərinin buraxıla bilən səviyyələrinin normallaşdırılmasıdır. İstehsalat
otaqları və iş yerləri üçün buraxılabilən səs-küy səviyyələrinin
qiymətləri uzun
müddətli tibbi tədqiqatların nəticələrinə əsaslanır.
Dostları ilə paylaş: