Elektrik qaynağı zamanı elektrik qövsü alındığına
görə ultrabənövşəyi və
infraqırmızı şüalar görmə orqanına kəskin təsir göstərir. Parlaqlığın və
ultrabənövşəyi şüanın təsiri gözün tor təbəqəsini, görmə sinirlərini zədələyir, bir
neçə gün müddətində davam edən kəskin ağrı hiss olunur. Əgər bu təsir uzun
müddətli olarsa, gözün xroniki xəstələnməsinə, hətta korluğa səbəb ola bilər.
Infraqırmızı şüanın təsiri ilə dərinin açıq sahələri yanır.
Digər tərəfdən
elektrod yanarkən üzərindəki flüsün, qaynaq edilən metal üzərindəki yağlama
materiallan qalıqlarınm və s. yanması nəticəsində karbon oksidi, toz və s. yaranır ki,
bunlar da tənəffüs yolları vasitəsi ilə orqanizmə daxil olaraq zəhərlənməyə, tənəffüs
orqanlarının zədələnməsinə səbəb ola bilər. Bundan başqa, elektrik qaynağında 70...
120 V-a qədər gərginlik tələb olunduğu üçün gərginlik altına düşmək təhlükəsi ola
bilər. Qaynaq zamanı elektrik qövsündən yaranan 3000...5000
0
S
istilik orqanizmə
güclü təsir göstərir. Odur ki, qaynaq sahəsinin ventilyasiya sistemi elektrik qaynağı
aparılarkən l kq elektrod sərf olunduqda 1500...2000 m
3
/saat hava mübadiləsini
təmin etməlidir. Qaynaq zamanı hər bir işçiyə 4,4...5m
2
sərbəst sahə düşməlidir.
Qaynaq stolunun və transformatorun gövdəsi yerləbirləşmə quruluşuna
birləşdirilməlidir. Transformator kabellərinin izolyasiyası normal, eləcədə eletrod
tutucusu standart quruluşda olmalı, kabel qayka ilə etibarh bağlanmalıdır.
Transformator dövrəyə yalnız standart avadanlıqla qoşulub açılmalıdır.
Qaynaqçı xüsusi maska və ya qara şüşəli eynək kimi fərdi mühafizə vasitələri,
habelə brezent əlcək və xüsusi geyimlə təmin olunmalıdır.
İri çən və qazanların
içərisində, nəm otaqlarda və ya nəmişlik şəraitində
qaynaq apardıqda qaynaqçı rezin əlcək və qaloş geyməli, rezin xalça,
yaxud quru
taxta ayaqaltı üzərində dayanmalıdır.
Qaz qaynağı, əsasən, oksigen və asetilenin qarışığı ilə aparılır. İş vaxtı qaz
balonunun çıxış borusuna reduktor bağlanmalı, onun iki manometri və kranı
olmalıdır. Reduktordakı manometrdən biri yüksək təzyiqi, o biri isə alçaq təzyiqi
göstərir. İş zamanı balonda 19,62.10
4
Pa təzyiq saxlanmalı, yəni, balon tam
boşaldılmamalıdır. İş zamanı generatorun istismar qaydasının pozulması
ciddi
təhlükəli partlayış törədə bilər. Ona görə də açıq havada işlədildikdə asetilen
generatoru adamlar az olan sahədə, qaynaqçıdan azı 10 metr aralı yerləşdirilməlidir.
Qaynaq qapalı binalarda aparıldıqda isə asetilen generatoru odadavamlı materialdan
tikilmiş ayrıca otaqda yerləşdirilməli və yaxşı ventilyasiyası olmalıdır.
Generatorun konstruksiyasında karbid ovuntusundan istifadə üçün quruluş
nəzərdə tutulmursa, həmin ovuntudan istifadə edilməməlidir.
Generator karbidlə
doldurulduqdan sonra qaz buraxırsa, bunu yalnız sabunlu su ilə yoxlamaq lazımdır.
Karbid quru binalarda saxlanmalı, istifadə zamanı qablar ehtiyatla açılmalıdır.
Qaynaq aparılan sahələrdə iş yeri elə təşkil olunmalıdır ki, keçidlərdən və
avadanlığın tutduğu sahədən başqa, hər işçiyə 4...5 kv.m
2
sərbəst sahə düşsün. Qaz
qaynağı zamanı qaynaq sahəsindəki ventilyasiya hər lm
3
asetilen sərf olunmasına
1000...1500 m
3
/saat hava mübadiləsini təmin etməlidir.
Orta və ali məktəblərdə məşğələlər zamanı lehimləmə işləri də aparılır, buna
görə müəllim lehimləmə zamanı təhlükəsizlik qaydalarım bilməli və ona şagirdlər
tərəfındən riayət olunmasını təmin etməlidir.
Lehimləmə işi yerinə yetirən
şəxsdən böyük diqqətlilik, ehtiyatlılıq tələb
olunur. Lehimləmə zamanı orqanizmin müxtəlif hissələrinin yanması, zəhərlənmə
kimi bədbəxt hadisələr baş verə bilər.
Lehimləmə işlərini görməzdən qabaq şagird və tələbələr tibbi müayinədən
keçməli, müəllim və ya tədris ustasından işlə bağlı təlimat almalı, xüsusi geyim və
fərdi mühafızə vasitələri ilə təmin olunmalıdırlar.
Lehimləmə işləri aparılan otaqlar mövcud
normativ tələblərə cavab
verməlidir.
İş zamanı ərinti və kimyəvi maddələri əl ilə götürmək olmaz. İşdən sonra bu
kimyəvi maddələri, eləcə də yarımçıq qalmış işi yığışdırmaq, iş yerini sahmana
salmaq lazımdır.
Lehimləmə işındə 42V dərginlikli və izolə edilmiş dəstəkli elektrik
lehimləyicisindən istifadə olunur. Gərginliyi aşağı salrnaq üçün iki sarğılı
transformatordan istifadə olunur.
Bərk lehimlərlə iş zamanı lehimləyici lampalardan istifadə edilməlidir.
Lehimləmə işlərini yerinə yetirərkən şagirdlər dielektrik ayaqaltılar
üzərində
olmalıdırlar.
Dostları ilə paylaş: